Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur. 
Buddizm öyrədir ki, bütün həyatda hər şey bir-birinə bağlıdır, buna görə də, mərhəmət hissi həm təbiidir, həm də zəruridir. 

2500 yaşı olan buddizmin dünyada 376 milyon ardıcılı var. 2001-ci ilin məlumatına görə, Böyük Britaniyada təxminən 151, 816 buddist var. 

BU DİNDƏ TƏK ALLAH YOXDUR

Bizim eramızdan əvvəl 6-cı əsrdə yaranan dinin banisiSiddhartha Gautamadır. Bu dində vahid Allaha inam yoxdur. Bu din Allahla insan arasında əlaqələr qurmağa xidmət göstərmir. Buddistlər inanır ki, həyatda durğunluq yoxdur, hər şey aramsız olaraq dəyişir. Buddizm Theravada və Mahayana adlı iki təriqətə ayrılır. İl ərzində çoxlu əlamətdar günləri olan buddizm bu səbəbdən çox rəngarəng dindir. Buddistlər həm evdə, həm də məbəddə ibadət eləyə bilərlər. Buddist üçün mənəvi təkamülə gedən yol daxili və praktik əxlaqdan, meditasiyadan və ehtirasların cilovlanmasından keçir. 

ŞAHZADƏLİKDƏN BUDDALIĞA

Dünyanın əzablarından qurtuluş yolu axtaran Siddharta Mənəvi Təkamül yolunu tutub Budda (İşıqlanmış) olur.

Siddhartha Gautamanın doğum tarixi ilə bağlı müxtəlif fikirlər var. Bəziləri onun yaşadığı dövrü b.e.ə. 566-486, bir çox tarixçilər isə b.e.ə. 490-410-cu il hesab edirlər.

O, bu günkü Nepalın Lumbini kəndində padşah ailəsində doğulmuşdu. Padşahlara məxsus  imtiyazlı həyat onu əzablardan, xəstəliklərdən təcrid etmişdi.

Bir gün artıq böyümüş, ailə, oğul-uşaq sahibi olmuş Siddhartha ilk dəfə yurdundan kənara çıxanda qoca, xəstə, meyit gördü. 

Bu onu çox narahat etdi, o öyrəndi ki, xəstəlik, qocalmaq, ölüm insanın qaçılmaz taleyidir.

Siddharta rahiblə də rastlaşdı, qərara aldı ki, öz şahzadə həyatını tərk edib evsiz müqəddəs kimi yaşasın. O, səyahətlərində daha çox əzablar gördü. O, labüd ölümdən, qocalmaqdan, ağrıdan xilas olmaq üçün din  xadimlərindən öyrənməklə yollar axtardı. 

Amma aldığı cavablar onu qane eləmədi.

Siddharta özünü həyatdan təcrid edən asket həyatı ilə qarşılaşdı.

O, altı il fövqəladə zahid həyatını yaşadı, ancaq bu da onu qane etmədi. O, hələ də dünyanın əzablarından xilas yolu tapa bilmirdi.
Nəhayət ki, o bir gün bu yolu – Mənəvi Təkamülə çatdı və Budda oldu. Onun üçün orta yol nə varlı, nə kasıb olmaq idi. 

 

Buddistlər

MÜƏLLİM BUDDA

Budda haqqında əfsanadə deyilir ki, ilk vaxtlar Budda öz vəziyyətindən razi idi. Amma bir gün allahların tanrısı Brahmaondan soruşdu ki, bütün dünya mənafeyinə, o öz fikirlərini başqaları ilə paylaşmalıdır.

Dörd Məşhur Həqiqət Budda təliminin mahiyyətini izah edir:

1.    Əzabın həqiqəti (Dukkha)

2.    Əzabın mənbəyinin həqiqəti (Samudāya)

3.    Əzaba son verilməsinin həqiqəti  (Nirodha)

4.    Əzabın dayandırılmasına gedən yolun həqiqəti  (Magga)

Budda birinci iki həqiqətdə problemə diaqnoz qoyur və onun səbəblərini tanıdır. Üçüncü həqiqət problemə çarə tapılması barədədi. Dördüncü həqiqətdə isə Budda qurtuluşun yolunu göstərir. 

KARMA VƏ DOĞULUŞLAR ZƏNCİRİ

Karmaya müxtəlif mənasına baxmayaraq, bir neçə Şərqi dinlərdə rast gəlinir. Karma belə izah olunur ki, keçmiş həyatdakı, o cümlədən, indiki həyatdakı neqativ və ya pozitiv addımlar sənin növbəti həyatında nə şəkilində doğulmanı həll edir. Buddizm bunu belə bənzədir ki, nə əkərsən, onu da biçərsən. Buddaya görə, əvvəlki həyatda pis hərəkətlər sonrakı həyatda da adamı izləyir.

Buddistlər çalışırlar ki, özlərinə yaxşı karma hazırlasınlar, pisliklərdən uzaq dursunlar. Halbuki Buddizmin məqsədi heç də yaxşı karma qazanıb yenidən daha yaxşı ömrə yiyələnmək yox, bütünlüklə doğuluşlar zəncirindən azad olmaqdır. 
Buddistlər güman eləyirlər ki, bizim taleyimiz öz əlimizdədir, amma çoxumuzun bundan xəbəri yoxdur. 

BUDDANIN DEYİMLƏRİNDƏN:

«Kimisi ana bətninə qayıdır, günahkarlar cəhənnəmə vasil olur, möminlər göyə çəkilir, arzularından üz döndərənlər isə nirvanaya (ilahi sakitliyə-red.) çatırlar».

«Çox doğuldum, çox ömürlərdən keçdim, bu evi tikəni çox gəzdim, ancaq tapmadım. Dönə-dönə doğulmaq dəhşətdir».

«Əlin yara deyilsə, zəhəri ovcunda gəzdirə bilərsən. Yarası olmayana zəhər təsir etməz. Şər işlər törətməyənə şərin dişi batmaz».

«Ehtirasdan böyük alov yoxdur; nifrətdən böyük dərd yoxdur; bədəndən böyük bədbəxtlik yoxdur; sakitlikdən böyük xoşbəxtlik yoxdur».