Müharibənin olmadığı zamanlar dünyanın sülh içində yaşadığını düşünürüksə yanılırıq. Əgər qadınlar və uşaq yaşdakı gənc qızlar evlərdə, küçələrdə, məktəblərdə və iş yerlərində tez-tez şiddətin hər növünə məruz qalırsa bu müharibənin davam etməsi deməkdir və dayandırılması lazımdır. Tarixdəki hadisələr qadınlara istiqamətlənən şiddət tərkibli davranışların hər bir irq, mədəniyyət, din, millət və ideologiyadaki insanlar tərəfindən edildiyini və qadınların insan olaraq deyil yalnız bir əşya, bir mükafat və müharibənin bir xatirəsi olaraq hər cür şiddətə məruz qaldıqlarını göstərir. Xüsusilə, kişinin qadından üstün görüldüyü, qadın və kişi rollarının qatı xəttlərlə bir-birindən ayrıldığı cəmiyyətlərdə qadınların daha çox istismara məruz qaldıqlarına şahid oluruq. Bütün bunlar yalnız keçmişi çox uzuna dayanan faciəyə nümunə təşkil etmir; təəssüf ki indidə yaşanan və hətta gələcəkdə yaşanacaq olan faciəyələrə də nümunə təşkil edir.

    Başqa sözlə desək, şiddət atadan oğula keçir, zərər də anadan qıza və şiddət nəsildən nəsilə daşınır. Ailə daxili şiddətdən bəhs edən bu yazı ailə içi şiddətin tarixini, növlərini və təsirlərini müzakirə edəcək və ailə içi şiddətin qabaqlayıcı yollarını nəzərdən keçirəcəkdir. Həyatımızın az qala hər sahəsində qarşımıza çıxan şiddət, uçqun kimi gedərək böyüyən və qabaqlanabilməyən bir şəkildə bir çoxumuzun həyatına, fiziki və ruhi sağlamlığına, dincliyinə və xoşbəxtliyinə təsir edən gizli bir təhlükə olaraq varlığını davam etdirir. Təhlükənin böyüklüyünü qavraya bilmək üçün ildə 1.6 milyondan çox  insanın şiddət səbəbindən həyatını itirdiyini vurğulamaq böyük bir əhəmiyyət təşkil edir (Dünya Səhiyyə Təşkilatı, 2002).

    Şiddətin bu cür yayğın olması da təəssüf ki həyatın əslində qaçınılmaz bir parçasıymış kimi səssiz bir qəbulu da özü ilə gətirir. Şiddəti bu cür görməzlikdən gəlmənin əhəmiyyətli səbəblərindən biri əslində ‘şiddət’ anlayışının, şiddət probleminin nə olduğuna bağlı zehinlərdə dəqiq bir izahının olmamasıdır. ‘Şiddət’in tərifi onu təyin edən kəslər və bu kəslərin məqsədləri istiqamətində fərqliliklər göstərsə də Dünya Səhiyyə Təşkilatı ‘şiddət’i bu şəkildə izah edir: “Fiziki güc ya da qüvvətin, məqsədli bir şəkildə özünə, başqasına, bir qrupa və ya cəmiyyətə qarşı fiziki zərərə ya da fiziki zərərlə nəticələnmək ehtimalını artırmasına, psixoloji zərərə, ölümə, inkişaf problemlərinə ya da yoxsunluğa səbəb olacaq şəkildə təhdid edici şəkildə ya da həqiqətən istifadə edilməsidir “(Dünya Səhiyyə Təşkilatı, 2002, s. 4). Daha ümumi bir tərif vermək lazım gələrsə şiddət fərdlərin yaralanmasına, əzilməsinə, hirslənməsinə və ya ruhi təzyiq altına alınmasına gətirib çıxaran davranış və ya yanaşmadır (Arın, 1996; Öztunalı-Kayır, 1998).

    Ailə İçi Şiddətin növləri və yayğınlığı Şiddət və Səhiyyə Mövzulu Dünya Hesabatında şiddət, hərəkətin reallaşdırıldığı kəslər baxımından 3 geniş kateqoriya altında təsnif edilib. Buna görə; adamın özünə yönəlmiş şiddət, şəxslərarası şiddət və kollektiv şiddət olmaq üzrə 3 tip şiddət var. Ən yayılmış olan şiddət formalarından olan ancaq xüsusi münasibətlər çərçivəsində olduğundan əksəriyyətlə bağlı qapılar arxasında qalan ailə içi şiddət şəxslərarası şiddət sinfinə daxil edilmişdir. Bu məzmunda ‘ailə içi şiddət’ ‘yoldaşlar və ailə fərdləri arasında əksəriyyətlə ev içərisində yaşanan şiddət’ olaraq izah olunabilər (Arın, 1996; Dünya Səhiyyə Təşkilatı, 2002).



    Bizim Ölkədə vəziyyət necədir?

    Azərbaycan kimi adət-ənənənin əhəmiyyətli bir yer tutduğu ölkələrdə isə məlumat bazasının meydana gəlməməsi əlavə olaraq bir çətinlik daha meydana gətirir. Azərbaycanda ailə içi problemlər ümumiyyətlə ailə xaricində bir neçə yaxın, etibarlı yoldaş xaricində kimsəylə danışılmır. Bir qadının əri ilə yaxşı yola getmədiyinin, ərinin onu döydüyünün açıq-aşkar bilinməsi utandırıcıdır, çünki qadının öz dəyərsizliyini əks etdirir. Ətraf mühitin bunu qadının günahkar olduğu, yoldaş və ana olaraq vəzifələrini yerinə yetirmədiyi şəklində şərh ediləcəyi düşünülür. Azərbaycanda aparılmış əhatəli sorğular yoxdur. Verilməsi mümkün olan nümunələr məhduddur. Sorğudan da əlavə “Ailə Daxili Şiddət” i ümumi bir şəkildə araşdıran tədqiqatlara da çox rast gəlinmir.

    Azərbaycanda kişilərin 50%-ə çatan nisbətdə, qadın ərinə itaət etmədiyi zaman ərin onu döyməyə haqqı olduğunu düşünür. Kişilərin 60%-i evdə kişinin mütləq nüfuzu olduğuna və qadının ona itaət etməsi lazım olduğuna inanmaqdadır. Çünki, kişilərin qadınlardan daha ağıllı və üstün olduqlarını, qadın əriylə bir anlaşılmazlığa düşdüyündə onunla müzakirə etmək yerinə, qadının vəziyyəti səssizcə qəbul etməsini təsdiq edir. Struktur olaraq belə bir vəziyyətin mövcudluğu qadına və ailə fərdlərinə kişi (ər, ata, baba, dayı və s.) tərəfindən edilən təzyiqi bir növ sosial olaraq qanuniləşdirir.

    Nəticə olaraq, bu vəziyyətin dəyişməsi üçün ilk növbədə dövlət tərəfindən hüquqi əsas tərtib edilməlidir, çünki bu şiddəti tətbiq edənlərin, bu cinayəti işləyənlərin cəzasız qalması digər insanları da bu cinayəti işləməkdən çəkindirmir. İkinci olaraq, qadına sosial həyatda bir əşya olaraq yox bir fərd olaraq yanaşma formalaşmalıdır. Qadınlar ilk növbədə özünə inamı formalaşdırmalı və inkişaf etdirməlidirlər. İqtisadi cəhətdən azad olmağı, ən azından özünə kifayət edəcək qədər iş qabiliyyətinə sahib olmağı prinsib olaraq götürməlidir. Biz bunu inkişaf etmiş cəmiyyətlərdə müşahidə edəbilirik.

    Heç bir tərəfin bir-birinə iqtisadi olaraq bağlı olmaması və insan anlayışının mövcud olması hər iki tərəfin bir-birinə şiddət göstərməsini ən aza endirir, ya da ki belə bir vəziyyət meydana gəldikdə həm hüquqi, həm də əxlaqi baxımdan şiddət göstərən tərəf məsuliyyət daşıyır. Bizim kimi cəmiyyətlərdə qadının ikinci plana atılması, cinsi əşya kimi rəftar görməsi, varlığının və fikrinin nəzərə alınmaması, namusun sadəcə qadın üzərinə inşa edilməsi, qız uşağının utanc səbəbi olması bir mənalı olaraq kişi üstünlüyünü, yəni patriarxal sistemin mövcud olduğunu göstərir.

    Acınacaqlı fakt odur ki, bu sistemin davam etməsi üçün qadınlar – əvvəlki və indiki nəsil – əllərindən gələni edirlər. Uşaqlarına həmin düşüncəni aşılayır, gənc yaşdakı qızlar buna qarşı heçbir hərəkət formalaşdırmır və eyni zehniyyətdə olan kişiləri sevgili, ər, həyat yoldaşı və dost olaraq seçirlər. Bu da kişilərin düşüncələrini və hərəkətlərini dəyişdirməməsində əsas rol oynayır.