Karandaşlarımızı istifadə etdikdən sonra az bir hissəsi qaldıqda nə edərik? Təbii ki, atarıq. İndi bunu dünya miqyasında təxəyyülümüzdə canlandıraq: İldə 15 milyard qələm istehsal edilir və əvvəl-axır hər birinin balaca bir hissəsi istifadə edildikdən sonra zibilə atılır. Bu da həm israf, həm də ekoloji bir problem deməkdir. Amerikadan üç şagird bunu qarşısını almaq üçün çox müvəffəqiyyətli bir layihə düşünmüşdür: Sprout Pencil, yəni Filiz Qələm…

    Bu qələm xüsusi bir bölməyə sahibdir və içində toxumlar var. Qələmdən qələmə içindəki toxumun növü dəyişir. Bəzisində pomidor, bəzisində bibər, bəzisində lavanda, bəzisində isə günəbaxan toxumu var. Qələminiz faydalı ömrünün tamamladıqdan sonra onu torpağa basdırırsınız və bitkinizin cücərərək inkişafını izləyirsiniz. Möhtəşəm deyil mi?