Qış yaxınlaşdığı üçün geyimlərimizi qalınlaşdırır, qalın paltarlarımızı rəflərdən endiririk, ancaq yeddi milyard əhalisi olan bu dünyada xüsusilə bir qadın bundan daha çoxunu edir: İngiltərədə yaşayan 25 yaşlı Nicola Congdon toyuqlar üçün paltarlar toxuyur.
60-a yaxın toyuğu var. Bunların yarısı daha əvvəl toyuq fermalarında yaşamış toyuqlardır. Xüsusilə bunlar qış aylarında çox üşüyürlərmiş. Nicola və anası ətraflarındakı toyuq fermalarından da toyuqlar üçün paltar sifarişləri almağa başlamışlar; yəni işlərini böyütmüşlər, amma bunu kommersiya məqsədi ilə etmirlər. Qazandıqları pul Cənubi Afrikaya xeyriyyə məqsədilə bir yetimxanaya göndərilir.


