Amerkalı fotoqraf Keyt Mürrey özünün ürəkyandıran fotoşəkilləri ilə məşhurdur. Lakin, fotoqrafın sonuncu işi ən soyuq adamların belə ürəyini qanada bilir.
Fotoşəkildə onkoloji xəstəlikdən əziyyət çəkən qadın təsvir olunub, hansı ki, bütün çətinliklərə və ümidsizliyə baxmayaraq öz körpəsini xilas edir. Fotoşəkil əsl sevgini və gözəllik əlamətləri olmayan gözəlliyi tərənnüm edir.
“Yeni doğulmuş körpə oğlan anasından ona keçən güc və iradəni göstərməyə hazır idi. Körpəni əmizdirmək üçün anasına verəndə otaqda hər kəs emosiyalara bürünmüşdür. Hamının gözləri eyni zamanda sevinc və kədərdən dolmuşdur” – Keyt Mürrey.
Körpəyə hamilə olarkən qadında süd vəzisinin xərçəngi xəstəliyi diaqnozu qoyulmuşdur. Adətən, belə hallarda həkimlər abort yəni hamiləliyin süni şəkildə dayandırılmasını məsləhət görürlər, lakin qəhrəman ana öz körpəsinə yaşamaq üçün şans verir. Baxmayaraq ki, hamiləlik dövründə bu xəstəliyini müalicəsi həm qadını, həm də körpəni risk altına alır.