1. BURBERRY TƏRZİNDƏ DAMA

Burberry artıq illərdir trendlər arasındadır. Bu sezon da istisna deyil. Rənglərlə oynaya bilərsiniz. Yəni klassik damaları deyil, məsələn əlavə çəhrayı çalarları olanları seçə bilərsiniz.

2. RƏNGLİ DAMA

Qırmızı, sarı, mavi, daha cəsarətli olanlar isə neion rənglərində damalara üstünlük verərsə, dəbdən yüksək qiymət ala bilər.

3. İRİ DAMA

Küçə dəbini diktə edənlərdənsinizsə, iri damalı elementləri qarderobunuza daxil edin.

4. İÇ-İÇƏ DAMA

Məktəb illərindən bizə tanış olan iç-içə dama yenidən trendlər sırasındadır. Üstəlik bütün elementlərdə: üst geyim, çanta, ayaqqabı, şərf…