Bu Özünəməxsusluqdur,

“Özümü tanımağa başlayanda, fərqinə vardım ki; kədər və qəm, öz gerçəkliyimə zidd bir həyatım olduğuna dair işarələrdi. Bu gün, buna ‘özünəməxsusluq’ deyildiyini bilirəm.”

Bu Hörmətdir,

“Özümü tanımağa başlayanda, arzularımı bir insana yükləyəndə onu necə incidəbiləcəyimi anladım; doğru vaxt olmadığını, o insanın hazır olmadığını bilməyimə və o insanın mən olduğuma baxmayaraq. Bu gün buna ‘HÖRMƏT’ deyirəm.”

Bu Yetkinlikdir,

“Özümü tanımağa başlayanda, fərqli bir həyatı arzulamağı tərk etdim və ətrafımdakı hər şeyin məni böyüməyə çağırdığını gördüm. Bu gün buna ‘yetkinlik’ deyirəm.”

Bu Özünəinamdır,

“Özümü tanımağa başlayanda, anladım ki; şərtlər necə olursa olsun, doğru zaman və doğru yerdəyəm və hər şey tam olaraq doğru anda reallaşır. O halda, sakit ola bilərəm. Bu gün buna ‘Özünəinam’ deyirəm.”

Bu Sadəlikdir,

“Özümü tanımağa başlayanda, öz vaxtımı oğurlamağı və gələcək üçün böyük layihələr dizayn etməyi tərk etdim. İndi yalnız mənə həyəcan və xoşbəxtlik verən, etməyi sevdiyim, içimi sevinc ilə dolduran şeyləri öz tərzim və düşüncəmə görə edirəm. Bu gün buna ‘sadəlik’ deyirəm.”

Bu Özünü sevməkdir,

“Özümü sevməyə başlayanda, sağlamlığım üçün yaxşı olmayan hər şeydən xilas oldum; yeməklərdən, insanlardan, obyektlərdən, vəziyyətlərdən və məni aşağı və özümdən uzağa çəkən hər şeydən. Əvvəlcə bu vəziyyəti sağlam eqoizm olaraq adlandırırdım. Bu gün bunun ‘ÖZÜNÜ SEVMƏK’ olduğunu bilirəm.”

Bu Təvazökarlıqdır,

“Özümü sevməyə başlayanda, hər zaman haqlı olmaqla məşğul olmağı tərk etdim, və o vaxtdan bəri daha az yanılıram. Bu gün, bunun ‘təvazökarlıq’ olduğunu kəşf etdim.”

Bu Məmnuniyyətdir,

“Özümü sevməyə başlayanda, keçmişdə yaşamağa davam etməyi və gələcək haqqında narahat olmağı rədd etdim. Bu gün yalnız, hər şeyin reallaşdığı ‘indi’ni yaşayıram. Hər günü günündə yaşayır və buna’ məmnuniyyət ‘adını verirəm.”

Bu Qəlbin müdrikliyidir,

“Özümü sevməyə başlayanda, ağlımın məni narahat və xəstə edə biləcəyini anladım. Ancaq, ağlım ürəyimə bağlandıqca, qiymətli bir müttəfiq halını aldı. Bu gün bu əlaqəyə ‘QƏLBİN MÜDRİKLİYİ’ adını verirəm.”

Bu Həyatdır,

“Özümüzlə və ya başqaları ilə müzakirə, zidd düşməkdən və ya hər hansı bir problem yaşamaqdan qorxmağa ehtiyac yoxdur artıq. Ulduzlar belə vuruşur və bu toqquşmanın nəticəsində yeni dünyalar doğulur. Bu gün bilirəm ki ‘BU HƏYAT! dır” ”

C.C