Bildirchin.az-da adətən pozitiv hekayələri paylaşmağı sevdiyimizi bilirsiniz. İlk baxışda bu hekayə buna uyğun deyil, çünki çox pis başlayır.. Amma xoşbəxt sonla bitdiyi üçün böyük sevinclə paylaşırıq.

    Bu hekayənin qəhrəmanı 15 aylıq bir itdir. Görüb görə biləcəyiniz ən pis şəkildə rəftar edilən bu heyvan bu günlərdə məşhur People jurnalı tərəfindən “2015-ci ilin ən yaxşı həyatda qalma əhvalatı”nın qəhrəmanı seçilmişdir. Bu gözəl itin təsirli əhvalatı belədir:

İtimiz bu şəkildə tapılmışdır. Anlaşıldığına görə sahibi onu bu vəziyyətə qoyub sonra da onu tərk etmişdir!



36-48 saat bu vəziyyətdə qalan itin necə acı çəkdiyini təxmin edə bilirsiniz. Bu azmış kimi dili də bilərək dişlərinin arasına sıxışdırılmışdır.



İti tapanlar onu dərhal baytara aparmışlar. Vəziyyəti kritik olduğu üçün təcili olaraq müdaxilə edilmişdir.



Caitlyn adı qoyulan it mütəxəssislər tərəfindən diqqətlə müalicə edilmişdir.



Heyvan çox kritik günlər keçirmişdir. Dilinin əhəmiyyətli bir hissəsinin əməliyyatla alınması ehtimalı, hətta ölüm riski belə varmış…



Caitlyn bu çətin müddətdə qalib gəlmişdir. Əməliyyat və uzun bir müalicədən sonra baxın indi nə vəziyyətdədir:



Bu vaxt bölgədəki heyvan haqqları təşkilatları da bu işi belə qoymadılar.



Onu bu hala gətirənin tutulması üçün mükafat qoydular. Şübhəli şəxs tutulduqdan sonra 5 il həbs cəzası aldı.



Caitlyn’i sağlam və xoşbəxt, sahibini də həbsdə gördüyümüz üçün son dərəcə xoşbəxtik… 🙂