Motivasiyaya hər zaman ehtiyacımız var. Bu haqda çox oxuya bilərsiniz, çox məlumatlar əldə etməyiniz mümkündür. Bəzən razılaşarsınız, bəzənsə bu motivasiya edici sözlər sizi əsəbləşdirər… Ona görə də bugün sizinlə motivasiyadan əlavə məqsədlərə də ehtiyacınız olduğunu demək istəyirəm. Məqsədləriniz yoxdursa, o zaman motivasiya nəyinizə gərək? Həəə, nə gözəl həyatıdr! Sonra? Düşünürəm ki, bunun ardı bizim məqsədlərimiz olmalıdır. Məsələn, Həəəə nə gözəl həyatdır? Mən həyatım boyu hər ay səyahət edəcəm və ya Həəə nə gözəl həyatdır? Mən hər ay yeni bir şey öyrənəcəm! Bunlar olduqda bizim motivasiyamızın, həyat sevgimizin daha dərin mənaları olur. Ona görə də, sizə təklif edərdim ki, 2019-un gözəl olmasına inanmaqdan əlavə bu il üçün bir sloqan da seçəsiniz!
Bu haqda bir blogda oxudum və bu fikri çox bəyəndim. Adam birinci dəfə sloqan seçmək qərarına gələndə çox sadə bir şey seçib: Just do it!- Sadəcə et! Beləliklə, həmin il boyunca etmək istədiyini edib. Bir çox insanlarla görüşüb, müsahibələr alıb, material toplayıb. Daha sonrakı il üçün fərqli sloqan seçib: Ad qoy və qəbullandır! Bu zaman blogunu yaradıb və insanlara təqdim edib. Yetəri qədər sevgi əldə edib və işindən çıxıb sadəcə bununla məşğul olmağa başlayıb.
Məncə, bizlər də bu üsuldan istifadə etməliyik. Bu il üçün mənim sloqanım: İşıq saç və parla! Bu il ərzində daha çox yeniliklər öyrənib, hər kəslə paylaşmağa çalışacam. Bundan əlavə daha səbrli olmağl yoxlayıb, daha ağıllı qərarlar alacam. Parlamaq gözəldir, çünki hamıya xeyri dəyir – Günəşin şəfəqləri kimi…. Ona görə də bəlkə bu il hamımız parlayaq? Daha yardımsevər və öyrənməyi sevən olaq!
Sloqan haqqında öyrəndin! İndi isə öz sloqanını seç 🙂