Dünyanın ən populyar videohostinq servisi olan YouTube-un ABŞ-ın Kaliforniya ştatındakı San-Bruno şəhərində yerləşən baş ofisi əməkdaşlar üçün tam rahat, uyğun və münasib fəaliyyət məkanı sayıla bilər.
550 nəfərin çalışdığı bu ofisdə qolf meydançası və qaçış zolaqlarından tutmuş, vegetarian mətbəxədək hər şey var.
Əməkdaşların çoxu ev heyvanlarını da özləri ilə ofisə gətirirlər.
Ofisdə çalışanların yorulmamaları üçün pəncərələr böyük, iş otaqları işıqlıdır və hər tərəf yaşıllıqla bəzənib.
Google axtarış servisinin 2006-cı ildə satın aldığı YouTube-a hər ay 6 milyard saatdan artıq videomaterial yüklənir.