Çoxumuzda olmuşdur “sanki bu anı daha əvvəl yaşamışdım” dedirdən bir hadisə.. Demək olar ki, gündəlik həyatımızda bizə təsir edən bucür bir çox fərqli vəziyyətlə qarşılaşırıq. Bunlardan bəzilərinin üstündən nəzərə almadan keçir, bəzilərinin isə təsirindən asanlıqla xilas ola bilmirik. İnsanlara təsir edən, bir az da qorxmalarına səbəb olan bu vəziyyətlərdən biri də “dejavudur.” Qısaca daha əvvəl yaşanan bir anı təkrardan yaşama hissi olaraq ifadə olunur. Bu vəziyyətin beynimizdə reallaşan müxtəlif qarşılıqlı proseslər nəticəsində ortaya çıxdığı düşünülməkdədir. Fransızcadan dilimizə tərcümə olunan dejavu sözü “deja” əvvəldən ilə “voir” görmək mənasını verən sözlərin birləşməsindən yaranıb.


Səbəbləri çox müxtəlif olan Dejavunun bilinən ən əhəmiyyətli səbəbləri bunlardır:
Beynin yorğunluq, diqqət əskikliyi kimi səbəblərlə hər hansı bir səsi ya da görünüşü yaşandığı anda fərqinə varmaması nəticəsində, beyin bu məlumatı təkrar olaraq qəbul edir. Və biz bunu sanki ilk dəfə qəbul edirmişik kimi hiss edirik. Məhz bu vəziyyət əslində yaşanan ancaq hiss edilən səviyyədə fərqinə varılmayan hadisələrdə “aa sanki bu anı daha əvvəl yaşamışdım” hissiylə qarşımıza çıxır.



Bir digər səbəb isə beynimizdə olan sağ və sol yarımkürələr arasındakı ünsiyyətin bir-birindən fərqli zaman aralığında reallaşmasından qaynaqlandığı istiqamətindədir. Xüsusilə çox içki, narkotik kimi sinir sisteminə təsir edən maddələr istifadə edən insanlarda dejavu hissinə daha çox rast gəlinir. Araşdırmalar nəticəsində ortaya çıxan statistikalara görə insanların yarısından çoxu həyatlarında ən az bir dəfə dejavu deyə adlandırılan bu maraqlı vəziyyəti yaşamışlar. Artıq siz də dejavu haqqındakı gerçəkləri bilirsiniz. Bu anı təkrar yaşamanız diləyiylə.. 🙂