Macarıstan markası, Azərbaycanda istehlakına görə lider olan HELL enerji içkisi Hollivud aktyoru Brus Uillislə çəkdiyi reklam çarxı ilə yeniliyə imza atdı. Reklam bir müddət əvvəl izləyicilərə təqdim olunsa da, hazırlıq və çəkiliş barədə maraqlı detallar yeni-yeni açıqlanır. Bu məqaləmizdə bəzilərini sizinlə paylaşırıq:
- Brus Uillisin reklamda geyindiyi paltarlar, eləcə də oturduğu stul hazırda HELL ENERGY-nin Budapeşt baş ofisində sərgilənir.
- Bir çox dünya ulduzlarından fərqli olaraq onun çəkiliş günü üçün tələbləri çox sadə olub. İstirahət otağına sadəcə avokado, pendir, sendviç, şirniyyat və sərinləşdirici içkilər istəyib.
- Çəkiliş müddətində 189 ədəd HELL enerji içkisi içilib.
- HELL əməkdaşları ilə Brus Uillis menecerləri arasında ilk gündən çəkiliş vaxtına qədər 600-dən çox email yazışması olub.
- Reklam ərsəyə gətirmək üçün üzərində 100 nəfər işləyib. Onlardan 40 nəfəri Nyu-Yorkdakı çəkiliş meydançasında olub.
- Reklamdakı HELL soyuducusunu Brus Uillis çəkilişdən sonra evinə aparıb.
- Qlobal reklam kampaniyası çərçivəsində hazırlanan çarx Azərbaycan da daxil olmaqla 50-yə yaxın ölkədə yayımlanıb.
Reklam çarxının səhnə arxası görüntülərini aşağıdakı videoda izləyə bilərsiniz: