Dünyaca məşhur əfsanəvi döyüşçü, kinoaktyor, ssenarist və rejissor Brüs Li 1940-cı ildə ABŞ-ın San-Fransisko şəhərində doğulub. Çin əsilli Brüs Linin əsl adı Li Jun Fan olub. 6 yaşında ikən artıq sərt xarakteri və dəliqanlı olması ilə diqqəti cəlb edib. Adını tarixə qızıl hərflərlə yazdırmış əfsanəvi döyüşçü Brüs Li haqqında maraqlı faktları təqdim edirik:


1.Brüs Linin başı bəlalı adı…
Brüs Linin ailəsi onu heç bir zaman Brüs deyə çağırmırdı. Onlar Brüsü ləqəbi ilə «Say fon» və ya «Little Phoenix» deyə çağırardılar. Brüsun  ailəsi şeytanın ailələrində oğlan uşaqlarını sevmədiyini düşünürdülər. (Buna səbəbi ilk doğulan oğlan uşaqlarının ölməsi idi.)

Əslində «Brüs li»nin adını «Jackson» küçə xəstəxanasında işləyən bir tibb bacısı qoymuşdu.Atası davamlı səyahət edən biri imiş və San Fransiskoda dünyaya gəlmiş Brüs Amerika vətəndaşı olaraq doğulmuş. Başqa heç bir ölkənin vətəndaşı olmamışdı.

2. Brüs Li Alman tərəfi…
Brüs Li tam bir Çinli deyildi. Babasının ana tərəfi yarı Alman idi.

3. Brüs Li heç bir zaman döyüşdə məğlub olmazdı…
Gerçəkdə döyüşə başlamadan əvvəl yalnız bir döyüşü uduzmuşdu. Brüs Linin ustası Vinq çun idi. (Ləqəbi Yip Man idi.) Digər tələbələr Brüs Linin sırf Çinli olmadığını öyrəndiklərində onu rədd etmişdilər. Buna görədə  müəllimi onu həmişə xüsusi olaraq hazılaşdırırdı.

4. Brüs Li pis bir şagird idi…
Universitet təhsili ilə heç maraqlanmayıb. Orta məktəbi  bitirdikdən sonra «La Salle» kollecinə girib.İkinci məktəbi Honq Konqdakı ingiliscə danışan uşaqlar məktəbi idi. Ailəsi onu daha sonra bir neçə məktəbə daha verdi amma heç birində müvəffəqiyyətli olamadı.Onun həyatı tamamilə küçə döyüşləri idi.,

5. Brüs Li mükəmməl bir rəqsçi və boksçu idi…
Brüs Li eyni zamanda çox yaxşı bir rəqsçi idi və bunun üçün çox məşq etmişdi.18 yaşında 1958-ci ildə Honq Konqda «Cha Cha» çempionluğunu qazandı. Eyni il boks çempionu da oldu.

6. Brüs Linin psixologiya təhsili…
Brüs Linin bədəni yalnız əzələdən ibarət deyildi. Vaşinqton universitetində döyüş üzərinə psixoloji təhsil aldı və məktəblərdə bu təhsilin yayılması üçün sponsorluq etdi. Sonunda öz məktəbini açdı.

7. Brüs Li çox güclü idi…
Brüs Li , Kaliforniyaya karate çempionatına dəvət edildi. Brüs Li orada məşhur  «One Inch Punch,» texnikasını hər kəsə nümayiş etdirdi.Bu texnika təxminən 2.5 santimetr uzaqdan rəqibinə vurduğu zərbə ilə onun geriyə uçmasını təmin edən bir vuruş texnikası idi.

8 …Və sürətli idi!
Brüs Li həddindən artıq çox cəld idi. Normal bir filmdə saniyədə 24 kadr olarkən Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu.

9. Brüs Linin  son filmindəki ölümü…
Brüs Li  Ölüm oyunu adlı son filmində qəfildən  öldü. Film Brusun başqa filmdəki görüntüləri ilə montaj olunaraq sona çatdırıldı.