Bu da söz verdiyimiz kimi boy uzatma hərəkətləri. Oxucularımızı nəzərə alaraq hərəkətləri şəkil versiyasında təqdim edirik, çünki həmişə hərəkətləri yazı ilə düzgün anlamaq və yerinə yetirmək olmur. Həkətləri yerinə yetirməmişdən əvvəl xatırlatmaq istəyirik ki, hərəkətlər tamamilə sağlam insanlar üçün nəzərdə tutulub.
Sağlamlığınızla bağlı narahatçılıq yaşayırsınızsa, hərəkətləri yerinə yetirməmişdən öncə həkimlə məsləhətləşin. Bütün həkətlər onurğa sütunu və qismən də oynaqların dartınmasına, elastikliyinin artmasına əsaslanır.
Onu da qeyd etmək istərdik ki, istənilən idman hərəkətlərinə başlamamışdan öncə isinmə hərəkətləri etmək zəruri şərtdir. Əks halda oynaq və əzələ travması almaq riski altına düşə bilərsiniz. Postda təqdim olunan hərəkətləri başlanğıc üçün hər gün hər bir hərəkəti 10-15 dəfə olmaqla etmək lazımdır. Tədricən vərdiş və dözümlülük artandan sonra bu rəqəm ən azı 2-3 dəfə artmalıdır.
Sonda sizə məqsədinizə çatmaq üçün yüksək dözümlülük və səbr arzulayırıq!!!
Turnikdə sallanmaq başlanğıc üçün hər gün 10-15 dəqiqədən başlamalıdır və tədricən müddət artmalıdır.
Evdə belə qurğunun olması vacib deyil. Haradansa tutub dartınmaq eyni effekti verir.
İsinmə hərəkəti.
İsinmə hərəkəti.
İsinmə hərəkəti kimi qaçışı istifadə etmək çox faydalıdır.
Sadəcə olaraq evdəki divarı var gücünüzlə itələyirsiniz və bununla bərabər ayaqları arxaya dartmaq lazımdır.
Üzgüçülüklə həftədə 3 dəfə məşğul olmaq həm ümumi sağlamlığa, həm də boya müsbət təsir edir.