10 Sentyabr 1899-cu ildə Polşada rus əsilli yəhudi, kasıb bir ailədə doğuldu. Yaşadığı yerdə çətinliklərə dözməyərək qatarla dünya turuna çıxmaq istəyirdi. Təbii ki, qatara bileti olmadan, qaçaq yolla minmişdi. 14 yaşındakı Wolf Messingdən qatarın işçisi tərəfindən gediş bileti istənildi, elə bu vaxt o, özündə qəribə bir şeylər hiss edir və əlindəki boş bir kağızı bileti yoxlayan nəzarətçiyə verir. Nəzarətçi boş kağızı ona qaytararır və hər şeyin qaydasında olduğunu deyir. Messing bu hadisədən sonra Berlinə gedir, orada çox ağır işlərdə işləyir, sonda isə sirkə işləməyə başlayır. Burada göstərdiyi tamaşalardan sonra məşhurlaşır və dünya turuna belə çıxır.

Turda Einstein, Freud, Ghandi ilə görüşür və onlarla telepatiya təcrübələri aparır. Messing Stalin və Hitler arasında sülh müqaviləsi olanda demişdi: “Almanlar Avropanı ələ keçirəcək, amma Hitler şərqə hücum etsə, bu onun sonu olacaq. 1945-ci ilin may ayında müharibə bitəcək, SSSR qalib gələcək və faşizmi yer üzərindən siləcək.” Messingin dediyi bu sözlər Hitlerə çatır və dərhal onun ölüm fərmanını imzalayır, başını gətirənə 200 min mark mükafat qoyur. 1939-cu ildə Almanlar Polşaya hücum edir. Messing orda yaxalanır və həbs olunur. O, xüsusi istedadından istifadə edərək həbsxana işçilərinə qapını açdırır və onların hamısını bir otaqda həbs edir, özü isə ordan çıxır.

Sonra SSSR-ə gəlir… O gələndə Stalin bütün bunlardan xəbərdar idi və dərhal onu görmək istəyir. Stalin Messinqi yoxlamaq üçün ona 2 çətin tapşırıq verir. Birincisi, Moskvadakı bankdan 100 min rubl pul götürməsi idi. Messing üçün bu elə də çətin olmadı. Yanındakı 2 KKB agenti ilə banka daxil oldu və cibindən boş bir kağız parçası çıxardı, kağızı bank işçisinə göstərdi, bir neçə dəqiqə sonra işçi geri döndü və içində 100 min rubl olan çantanı Wolf Messingə verdi. Messingin yanındakı KKB agentləri belə nə olduğunu başa düşməmişdi. Stalin ikinci dəfə ona daha çətin tapşırıq verdi. Messing Stalinin şəxsi evinə, iş otağına icazəsiz keçməli idi və Messingə bunu yoxlamasını dedi. Messing inanılmaz şəkildə qorunan bu malikanəyə, Stalinin otağına bir neçə dəqiqəyə daxil oldu. Stalin heç də təəccüblənmir və bunu necə edə bildiyini ondan soruşdu. Messing evi qoruyan KKB agentlərinə Lavrenti Beriya olduğunu demişdi. Stalinin şəxsi otağına icazəsi olmadan daxil ola bilən yeganə adam Beriya idi. Messing isə nəzarətçiləri hipnoz edərək, onları Beriya olduğuna inandırmışdı.

SSSR dövlət adamları onun təhlükəli olduğunu Stalinə bildirdilər və öldürülməsini istəyirdilər, amma Stalin onların sözünə qulaq asmadı və onu Sibirə yolladı. O, SSSR-in və dünyanın gələcəyi haqqında bir çox məlumatlar verib. Onun dediyi sözlər isə heç vaxt açıqlanmadı. Messing SSSR də bir çox elmi təqdiqatlara öz töhvəsini vermiş, dünyaya sirr olaraq qalan bəzi olayların sirrinin açılmasında mühüm rol oynamışdı. Wolf Messing 1974-cü ildə Moskvada vəfat edib.

Hazırladı: Ali Samil