Bir kənddə bir yaşlı adam varmış. Çox kasıb olsa da, kral da onu qısqanırmış. Dillərə dastan bir ağ atı varmış. Kral at üçün qocaya hardasa xəzinəsinin hamısını təklif etmiş, amma adam satmağa yanaşmamış. – “Bu at , bir at deyil mənim üçün bir dost, insan dostunu satar mı ” deyərmiş həmişə”. Bir səhər qalxmışlar ki , at yoxdu. Bütün kəndlilər qocanın başına toplanmış. – “ay səni qoca, ağlını itirmiş qoca. Bu atı sənə buraxmayacaqları, oğurlayacaqları bəlli idi. Krala satsaydın , ömrünün sonuna qədər bəylər kimi yaşayardın. İndi nə pulun var , nə də atın ” demişlər. Qoca: – ” Qərar vermək üçün tələsməyin” demiş. Yalnız ” At itkin düşüb” deyin. Çünkü gerçək budur. Ondan sonrası sizin şərhiniz və verdiyiniz qərardı. Atımın itməsi bir talehsizlik mi , yoxsa bir şans mı , bunu hələ bilmirik . Çünki bu hadisə hələ bir başlanğıcdı. Arxasının necə gələcəyini kimsə bilə bilməz”. Kəndlilər qocaya qəhqəhələrlə gülmüşlər. Ama aradan 15 gün keçmədən , at bir gecə qəflətən dönür. Məgər at oğurlanmayıb, dağlara gedib öz özünə. Dönərkən də vadidəki 12 vəhşi atı arxasınca gətirib. Kəndlilər qoca adamın ətrafına toplanıb üzr istəyirlər. – “Qoca” demişlər, “Sən haqlı çıxdın. Atının itməsi bir talehsizlik deyil sanki bir dövlət quşu oldu sənin üçün. İndi bir at sürün var”. – “Qərar vermək üçün yenə tələsirsiniz ” demiş qoca. Yalnız atın geri döndüyünü söyləyin. Bilinən gerçək yalnız budur. Ondan kənarının nə gətirəcəyini hələ bilmirik. Bu daha başlanğıcdı. Birinci cümlənin birinci sözünü oxuyan kimi kitab haqqında necə fikir yürüdə bilərsiniz? ” Kəndlilər bu dəfə qocaya lağ etməmişlər açıqdan, amma içlərindən ” Bu qoca doğrudan səfeh” deyə keçirmişlər. Bir həftə keçmədən vəhşi atları tərbiyə etməyə çalışan qocanın tək oğlu atdan yıxılır və ayağını qırır. Evin dolanışığını təmin edən oğul indi uzun zaman yataqda qalacaq. Kəndlilər yenə gəlirlər qocanın yanına. – “Bir dəfə daha haqlı çıxdın ” deyirlər”. Bu atlar üzündən tək oğlun qıçını uzun müddət istifadə edə bilməyəcək. Halbuki sənə baxacaq başqası da yoxdu. İndi əvvəlkindən də kasıb olacaqsan” demişlər. Qoca: – “Siz erkən qərar vermə xəstəliyinə tutulmusunuz” deyə cavab verir. “O qədər tələsiklik etməyin. Oğlum qıçını qırdı. Gerçək budu. Sonrası sizin verdiyiniz qərardı. Amma görəsən nə qədər doğrudu? Həyat belə kiçik parçalar halında gəlir və ondan sonra nələr olacağı sizə əsla bildirilməz “. Bir neçə həftə sonra düşmənlər qat qat böyük bir ordu ilə hücuma keçirlər. Kral son bir ümidlə əli silah tutan bütün gəncləri əsgərə çağırır. Kəndə gələn vəzifəlilər qocanın qırıq qıçlı oğlu xaricində bütün gəncləri əsgərə götürürlər. Kəndi matəm bürüyür. Çünki döyüşün qazanılmasına imkan yoxmuş, gedən gənclərin ya öləcəyini ya əsir düşüb kölə deyə satılacağını hər kəs bilirmiş. Kəndlilər yenə qocanın yanına gəlmişlər. “Yenə haqlı olduğun sübut edildi” demişlər. “Oğlunun qıçı qırıq , amma heç olmasa yanındadı. Halbuki bizimkilər bəlkə əsla kəndə dönə bilməyəcəklər. Oğlunun qıçının qırılması, talehsizlik deyil, bir şans imiş məgər”. – ” Siz erkən qərar verməyə davam edin” demiş, qoca. Halbuki nə olacağını heç kəslər bilə bilməz. Bilinən bir tək gerçək var. Mənim oğlum yanımdadı , sizinkilər əsgərdə. Amma bunların hansının taleh, hansının şanssızlıq olduğunu yalnız Allah bilir”.
– “Tələsik qərar verməyin. O zaman sizin də hər kəsdən fərqiniz qalmaz. Həyatın kiçik bir parçasına baxıb hamısı haqqında qərar verməkdən qaçının. Bir yol bitərkən yenisi başlar. Bir qapı bağlanarkən , başqası açılar, bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal orda olduğunu görərsiniz”.