Bir dəfə qüdrətli yazıçı olan Fransua Rable Lion şəhərindən Fransaya gəlib çatmaq üçün heç bir maddi vəsaiti – pulu qalmamışdır. Yazıçı məsələnin həlli yolunu özünəməxsus şəkildə planla hazırlayır. Fransua Rable 3 kiçik bağlama hazırlayır və hərəsinin üzərində “Kral üçün zəhər“, “Kraliça üçün zəhər“ , “Şahzadə üçün zəhər“ yazılarıını yazır. Bu bağlamaları qaldığı mehmanxananın otağında görünən bir yerə qoyur. Mehmanxana sahibi bundan xəbər tutan kimi bu xəbəri hakimiyyət orqanlarına çatdırır. Fransua Rableni tutub 1-ci konveyerlə Parisə kral 1-ci Fransiskonun qarşısına gətirirlər. Sonda məlum olur ki, bağlamaların içərisində zəhər yox, şəkər tozu vardı və Fransua Rable həmin tozu suya tökərək kralın gözü qarşısında rahatlıqla içir, sonra isə krala hər şeyi olduğu kimi danışır. Bu hadisədən sonra kral yazıçının taktikasına heyran olaraq onunla dost olur.