Xoşbəxt və sağlam bir münasibətə sahib olmaq, hamımızın xəyalıdır. Ohio Dövlət Universiteti və Harvard Universiteti tərəfindən bir neçə dəfə mükafata layiq görülən məşhur psixoloq və yazıçı David Niven də, mükəmməl bir münasibətə sahib olmanın sirlərini açıqlamışdır. Yəqin ki, bunları bilirsiniz, amma yenidən xatırlamaq da fayda var. 🙂


1. Mükəmməl bir münasibətə sahib bir dostunuzu görəndə, dərhal öz münasibətimizi sorğulamağa başlayırıq. Halbuki əsla “müqayisə” etməməliyik.

Niven’e görə, bir dostumuzun yolunda gedən münasibətini görəndə öz münasibətimizi sorğulamağa başlamaq və ya tam tərsi problemlərini görəndə öz münasibətimizin mükəmməl olduğunu düşünmək, son dərəcə yanlış bir rəftarmış.


2. Nağıllarda yaşanan sevgilərin gerçəkləşməsini gözləməməliyik.

Niven, nağıllardakı kimi bir sevgi yaşamağı gözləməsək də, içdən içdə bunun xəyalını qurduğumuzu söyləyir. Halbuki bu sehri, qarşımızdakı insana duyduğumuz sevgidə tapmağa çalışmalıyıq.


3. Qarşımızdakı insana duyğularımızı izah etmədən, bizi anlamasını, yəni zehnimizdəkiləri oxumasını gözləməməliyik.

Məsələn kədərli bir vəziyyətlə mübarizə apardığımız bir dövrdə, qarşımızdakı insanın, bunu biz izah etmədən anlayışlı olmasını gözləyirik. Niven, sağlam bir münasibətdə hiss edilən hər şeyin danışılmasının vacib olduğunu söyləyir.


4. Münasibətlər, birinci gələnin mükafatlandırıldığı bir yarış deyil; bu görə heç bir şey üçün “tələsik” qərarlar verməməliyik.

Aparılan statistikalara görə, kişilərin evlənməyə qərar verdiyi yaş, hər on ildən bir artır. Niven’e görə, bunun səbəbi maddi təzyiqlər və müstəqilliyini elan etmə istəyidir. Halbuki tələsməyə heç gərək yoxdur. Niven’in kitabında yer verdiyi araşdırmaya görə, gec yaşda evlənmək; münasibətlər üzərində heç bir mənfiliyə səbəb olmur.


5. Bir münasibətdə yaxşı bir yumor anlayışına sahib olmaq da olduqca əhəmiyyətlidir.

Niven’e görə, yaxşı bir yumor anlayışına sahib olmaq, pis gedən bir günü xilas etməyə səbəb ola bilər. Bu görə yumor duyğumuzu inkişaf etdirməli və gərginliyi artıran mənfi zarafatlardan çəkinməliyik.


6. Münasibətlər, birlikdə keçirilən zamanın miqdarı ilə deyil, keyfiyyəti ilə ölçülür; bu görə “keyfiyyətli zaman” keçirməliyik.

Birlikdə vaxt keçirməyi sevdiyimiz insanı görmüşüksə, onunla davamlı olaraq vaxt keçirmək istəyirik. Amma Niven, bu zaman diliminin uzunluğunun da əhəmiyyətli olduğunu söyləyir.


7. Keçmişə deyil, gələcəyə baxmalıyıq.

Niven, insanların münasibətlərinin müvəffəqiyyətli bir keçmişi varsa, hər şeyi bacarmış olduqlarını düşündüklərini söyləyir. Halbuki, bu böyük səhvdir. Əlaqəmizi keçmişə deyil, gələcəyə doğru inşa etməliyik.


8. Heç bir şeyi içimizdə saxlamamalıyıq; çünki öz gerçəkliyimizi paylaşdığımız zaman, həyatımızı da paylaşmış sayılırıq.

Niven’e görə, sağlam bir münasibət yaşamaq istəyiriksə, yaxşı ya da pis hər nə yaşayırıqsa, bunu qarşımızdakıyla paylaşmalıyıq.


9. Uzun münasibətlər, inkişaflarını və həyatda qalmalarını möhkəm bir “dostluq” təməlinə borcludur, buna görə əvvəl “dost” olmalıyıq.

Başlarda müvəqqəti həyəcan və zövqlər əlaqəni davam etdirmək üçün kifayətdir, amma sonrası üçün qarşılıqlı hörmət, heyranlıq və qayğıya ehtiyacınız olacaq deyir Niven. Yəni qarşımızdakıyla yaxşı dost ola bilmək, asan əldə olunmayan, amma qiymətli bir vəziyyətdir.


10. Həyatımızdakı boşluqları qarşımızdakıyla doldurmağa çalışmamalıyıq.

İnsanlar xoşbəxt münasibətlərə ehtiyac duyurlar. Halbuki xoşbəxtlik, əvvəl öz içimizdə tapmalı olduğumuz bir şeydir. Niven, sağlam bir münasibətin ancaq öz içində xoşbəxtliyi tapmış insanlar arasında yaşana biləcəyini söyləyir.


11. Ziddiyyətlərin münasibəti daim canlı tutduğunu unutmamalı və fərqliliklərə baxmayaraq qarşımızdakına dəyər verdiyimizi göstərməliyik.

Niven, fikirlərin bir-biriylə yüzdə-yüz uyğun olduğu bir əlaqə yaşamağı xəyal etməməli olduğumuzu söyləyir. Əksinə fərdlər arasındakı fərqliliklər, fərdi inkişafımızı artırır. Buna görə nə qədər fərqli olsaqda, qarşımızdakını “önəmsəməliyik”.


12. Sorğulamaqdan imtina etməliyik.

Çox insan, qarşısındakının keçmiş münasibətləri ilə maraqlanmağı sevir. Amma bu maraq, uzun müddət sonra narahatlıq və problemlər yaradır. Niven’e görə, birlikdə olduğumuz adamın keçmişindəki insanla bir yarışa girməməli və bu cür qayğılarla münasibətimizə zərər verməməliyik.


13. Özümüzə inanmalıyıq və hər şeydən əvvəl tək başımıza ayaqüstə dura biləcəyimiz gerçəyini unutmamalıyıq.

Yaşadığımız münasibət, həyatımızın böyük bir hissəsinə müsbət təsir edə bilər amma bu, sağlam və xoşbəxt olmaq üçün bir münasibətə ehtiyacımız olduğunu göstərmir Buna görə, əvvəl, özümüzə inanmalıyıq.


14. Ətrafımızdakı insanların fikirlərini dinləməməliyik.

Münasibətimizlə əlaqədar əhəmiyyətli bir qərar verməli olduğumuz anlarda, dərhal öz ətrafımızdan fikir almaq istəyirik. Amma Niven, belə bir şey etməməli olduğumuzu söyləyir. Çünki fikirlərini öyrənmək istədiyimiz insanlar, münasibətimizdəki mənfi istiqamətləri görməyə, müsbət istiqamətləri görməkdən daha meyillidir!


15. Qorxularımıza və qayğılarımıza məğlub olmamalıyıq.

Niven’e görə fobiyalar, münasibətlərə mənfi təsir göstərir.


16. Ağrı-acılarımızı geridə qoymağı öyrənməliyik.

Çox acı çəkmiş, çox qırılmış ola bilərik və bu ağrı-acı bizdən üzr istənilsə belə asanlıqla keçməyə bilər. Amma bunu geridə qoymağı öyrənməliyik. Çünki bunu xatırladıqca, yaramız ilk günki kimi qalacaqdır.


17. Və ‘Daha mükəmməlini yaşaya bilərəm..’ düşüncəsindən və mükəmməli axtarmaqdan imtina etməliyik.

Niven, mükəmməl münasibət deyə bir şeyin olmadığını söyləyir. Bu səbəblə hər mövzuda bizimlə həmfikir olan biriylə qarşılaşmağı gözləmək yerinə; sahib olduğumuz əlaqəni yaxşılaşdırmağa çalışmaşıyıq..



Artıq mükəmməl münasibətin sirlərini öyrəndiniz, gerisi sizdədir🙂