Bipolyar pozuntu – insanın bir anda özünü çox yaxşı hiss edərkən, bir müddət içində qapanıq hala gəlməsinə səbəb ola bilir. Dünyada bipolyardan əziyyət çəkən təxminən 46 milyon insan yaşayır. Bu qədər ani duyğu dəyişiklikləri insanın həm zehni, həm də sosial fəaliyyətlərinə ciddi təsir edir. Bipolyar pozuntunun əlamətləri heç gözlənməyən şəkildə inkişaf edir. Həmin 7 əlaməti araşdırıb yazdıq.
1. Yata bilməmək
Bipolyar pozuntunuz varsa, yuxu rejiminiz olduqca dəyişkən olur. Həftələrlə davam edən yuxusuzluq həyatınıza mənfi yöndə təsir edir. Bununla yanaşı az yuxu da sizə bəs edə bilər. Daha az yatıb, gün ərzində enerjik hiss edə bilərsiniz.
2. Fokuslana bilməmək
Bipolyar pozuntusu olanlarda, nə etdiyindən asılı olmayaraq diqqətsizlik əmələ gəlir. Bu, bipolyar pozuntusu olan insanlardakı ani ruh halı dəyişikliyi səbəbi ilə baş verir. Bir iş görərkən ağılllarına başqa bir şey gəlir və onu etməyə başlayırlar. Ona görə də bu xəstəliyə sahib insanlar başladıqları işi çətin bitirirlər.
3. Həddindən artıq özgüvən
İnsanlar bipolyar pozuntu yaşadıqları zaman yanılmaya qapıla bilirlər. Özlərini digərlərindən üstün hesab edib, heç kimin onlardan daha yaxşı olduqlarını düşünmürlər. Özgüvənləri çox yüksəkdir və digərlərinə görə daha çox önəm, güc və məlumata sahib olduqlarına inanırlar.
4. Çox və sürətli düşünmək
Bipolyar olan insanlar çox və sürətli düşünürlər. Ağıllarından dayandırılması mümkün olmayan düşüncələr axıb keçir. Bu vəziyyət isə onların şüuruna təsir edib, fokuslanama bilməməyə gətirib çıxarır. Gündəlik həyatlarına adaptasiya ola bilmirlər və duyğularını kontrol etməkdə çətinlik çəkirlər.
5. Çox danışmaq
Bipolyar insanlar digər insanlarla danışarkən zehinlərindən bir-biri ilə yarışan düşüncələr axıb gedir. Bu səbəblə bir mövzudan digərinə asan şəkildə keçə bilirlər. Uzun müddət danışmaq və bir çox şey demək istəkləri var. Eyni zamanda yüksək səslə və digər insanlarla əlaqə yaratmaq ehtiyacı hiss edirlər.
6. Olduqca şən bir ruh halı içində olmaq
Bipolyar pozuntusu olan insanlar olduqca yüksək ruh halı içinə girə bilərlər. “Mani” adı verilən bu ruh halı olduqca şən, ani və böyük qərarlar verməyə uyğundur. Bu dövrdə çox xoşbəxt və həyəcanlı hiss edirlər. Mani dövrü bitdikdən sonra isə depressiyaya girirlər.
7. Olduqca əsəbi hiss etmək
Bipolyar pozuntu yaşayan insanlar hər hansısa bir məkanda özlərini olduqca əsəbi hiss edə bilərlər. Ortada məntiqli bir səbəb olmadığı halda hirslənib partdaya bilərlər.