Bill Gatesin yuxarı sinif şagirdləri ilə görüşdə verdiyi 10 tövsiyə aşağıdakılardır.
- Həyat ədalətsizdir. Bu fakta indidən alışın.
- Sənin kef-əhvalın, heysiyyətin dünyanın heç vecinə də deyil. Hisslərinin dünyanın vecinə olması üçün o əvvəlcə səndən nailiyyətlər gözləyir.
- Məktəbi bitirdikdən dərhal sonra sizə 40 000 dollarlıq maaş verəcəkləri ehtimalı çox azdır. Əziyyət çəkməsən limuzinlə, şəxsi sürücüylə bir şirkət sahibi olmayacaqsan.
- Əgər düşünürsən ki, müəllimin çox ciddi və sərtdir, darıxma. Bossla (müdirinlə) tanışlığını gözlə. Müəllimdən fərqli olaraq bossun karyerası sənin tapşırıqları necə yetirməyindən asılıdır.
- Mcdonaldsda burger qızartmaq – sənin mənliyini alçaltmaz. Sənin babaların istənilən – hətta bu işi də “əla iş” sayardılar.
- Bütün uğursuzluqlarında dərhal valideynlərini günahlandırmağa tələsmə. Uğursuzluqlarından nə isə öyrən.
- Sənin məktəbin qalib və məğlub şagirdlər arasında seçimə son qoyub. Həyat isə – YOX. Məktəbdə sənə istənilən qədər test verə bilərlər, təki sən cavab verib, qiymət alasan. Real həyatda isə səni bunlar gözləməyəcək.
- Həyat semestrlərə bölünməyib, orada yay tətilləri yoxdur. Çox az işəgötürən sənə öz “mən”ini tapmaqda yardım edər. Bunları sən öz şəxsi vaxtlarında tapmalısan.
- Real həyatı televizorda göstərilənlərlə qarışdırma. Real həyatda insanlar vaxtının çoxunu kafedə yox, iş yerində keçirirlər.
- “Eynəkli botanik” adlandırdığın dostlarla yaxşı münasibət qur. Böyük ehtimalla onlar sənin müdirin olacaq..