2012-ci ilin mart ayından fəaliyyətə başlayan BİLDİRCHİN.AZ qısa müddətdə sürətlə böyüyərək Azərbaycanın öndə gələn post saytlarından biri halına gəlmişdir. Bu müddət ərzində, reklam vermək istəyən bir çox sayt, qurum, təşkilat və s. Bildirchin.az’da yer almaq üçün bizlərlə əlaqəyə keçdi.

Artıq bu tələblərə cavab verməyin zamanının gəldiyini düşünür və BCM (Bildirchin Content/Product Marketing) adını verdiyimiz reklam şəbəkəsini sizlərə təqdim etmənin xoşbəxtliyini yaşayırıq.



BCM sayəsində, öz məhsulunuzu Bildirchin Groupa təqdim edərək, əvəzində informasiya dəstəyi alıb məhsul və ya xidmətlərinizi doğru istifadəçiyə rahatlıqla çatdıra bilərsiniz.

Daha aydın izah edəcək olsaq, “Məsələn, sizin alma dükanınız var, sizin həm də rəqibləriniz var. Onları üstələmək və rəqabətə davam gətirərək iflasa uğramamaq üçün reklam faktoru çox vacib və mühimdir. 10 almadan 2 almanı bizə verməklə reklam oluna və əvəzində 20 alma qazana bilərsiniz.”



Aylıq ortalama olaraq 80.000 oxucu və 200.000 səhifə göstərimi/vərəqlənməsi olan Bildirchin.az’ın BCM reklam şəbəkəsindən faydalanmaq üçün info@bildirchingroup.com email ünvanına və ya 300.000 üzvü olan “Bildirchin Posts” adlı Facebook səhifəmizə müraciət edə bilərsiniz.