“Bildirchin Group”un ilk və ən uğurlu və ən kapital yatırılmış layihəsi Bildirchin.az olmuşdur və fəaliyyət əslində daha öncə başlamışdır. O zaman öyrənilmə periodu idi, ilk addımları atırdıq 🙂 İndiki halından çox fərqli olan Bildirchin.az’ın tək oxuyucusu özümüz idik. Layihələrimiz gələcəkdə artacaqdı və onları bir yerə toplamaq lazım gəlirdi.

    20 oktyabr 2012-ci ildə Facebook səhifəsini yaradıb fəalliyyətimizi genişləndirməyə başladıq, həftəlik postlarımızı 20 nəfərdən çox insan oxumurdu… amma heç kefimizi pozmurduq, çünki əgər bilirsənsə ki, doğru yoldasan, səni əzmək çətin olur. Normalda bir saytı hazırlatmaq 1 500-2 000 manata, bir səhifəni reklam etmək 1000-lərlə manata başa gəlirsə, nəsə yenilik etmək qiymətsizdir. Bu yeniliyi biz “Bildirchin Group”u yaratmaqla etdik

 

Bildirchin Group mexanizm
Sadiq oxuyucularımıza…

Bildirchin Group’u hər platformda izləyən, bütün yazılarımızı oxuyan, dəyərli şərhlər yazan, fikirləri ilə bizə hər şəkildə dəstək olmağa çalışan bir oxucu kütləsi var. Bu kütlə bəzən artıb, bəzən azalsa da neçə nəfər olursanız olun sizi sevirik və sizə minnətdarıq. Bildirchin Group’un 3 il ərzində yüksələn xətlə inkişaf etməsində sizin verdiyiniz motivasiya 1 nömrəli faktordur…

 

Səssiz İzləyicilərimizə…

Səssiz sədasız bütün yazılarımızı oxuyan, bəlkə də bu günə qədər heç şərh yazmamış və ya mesaj göndərməmiş səssiz bir kütlə də var. Kimliklərini saxlama istəklərinə və ya bizimlə həmsöhbət olmaq istəmədiklərinə hörmət duyuruq əlbəttə ki… Varlığınızın fərqindəyik və sizi də bu şəkildə sevirik… 🙂

 

Bildirchin.az’ın bütün müəlliflərinə və köşə yazarlarına…

3 il boyunca Bildirchin.az’a yazı göndərən, yazısı paylaşılan, paylaşılmayan bütün izləyicilərimizə, məqalələrini paylaşan köşə yazarlarımıza, yazıları ilə Bildirchin.az’ı ayaqda tutan bütün digər dəyərli müəlliflərimizə təşəkkür edirik. Sayənizdə oxuyucularımıza fərqli zövqlərdə yazılar təqdim edə bildik. Hər birinizə minnətdarıq…

 

Ən uğurlu layihəmiz olan Bildirchin.az da gün ərzində 1 və ya 2 post paylaşmağımıza baxmayaraq, son 1 ildə oxucu sayımız 700.000-dən çox olub

 

Xarici dövlətlərdən olan izləyicilərimizə…

Yalnız Azərbaycanın deyil, ABŞ, Almaniya, Fransa və s. kimi ölkələrin vətəndaşları da bizim paylaşımlarımızı gözləyir. Hətta bəzən şikayət edirlər ki, “elə şeylər paylaşın ki, başa düşməyimiz rahat olsun..” İstəklərini nəzərə alıb, onlar üçün də əlimizdən gələni etməyə çalışırıq…

 

 

Hətta bəzən xarici izləyicilərimiz ilə bağlı özümüzünkülərdən də məktublar almışıq. İnanın bu çox xoşdur!

 

 3 il boyunca baş vermiş bəzi statistik göstəricilərimiz ilə sizləri tanış etmək və bu günə qədər uğurlu bir şəkildə yayında qalmağımızı təmin edən kəslərə təşəkkür etmək istədik.

 

 

Var olun…

3 ildir insanları aldatmaq üçün aldadıcı başlıqlardan istifadə etməyərək, “müasir” görünmək üçün etik qaydaları pozmayaraq, milli-mənəvi dəyərlərmizi tapdalamayaraq, fəaliyyətimizi səmimi bir ruhla həyata keçirməyə çalışdıq. İnşallah bundan sonra da eyni çərçivələr daxilində olmağa davam edəcəyik.

 

“Bildirchin Group”un fəaliyyətini izləməyə davam edin, çünki biz balaca insanlar birgə toplanaraq böyük işlər görürük…