Bir çoxumuz bu ssenari ilə tanışıq: Mister Gözəl Adam cəlbedici, sevimli, maraqlı, ağıllı və əlçatandır. Hətta sizinlə münasibət qurmaq üçün maraqlanır, lakin bir problem var ki, siz onu istəmirsiniz. Bir yandan da düşüncənizdə Mister Pis Adam var.
Mister Gözəl Adam kimi Mister Pis Adamın da çoxlu yaxşı keyfiyyətlərə malikdir, lakin münasibət üçün əlçatmazdır, yaxud onun sadəcə sizə qarşı heç bir marağı yoxdur. Buna rəğmən davamlı rədd edilməyə baxmayaraq siz onu ağlınızdan çıxara bilmirsiniz. O, sizi daha çox rədd etdikcə və sizinlə birlikdə olmaq istəmədiyini göstərdikcə, ona qarşı marağınız daha çox artır.
Biz niyə olmayanı istəmək vərdişini daha da inkişaf etdiririk? Biz niyə bizdə olanı istəyə bilmirik? Digər yandan biz üstünlüyümüz olan situasiyalara uyğunlaşa bilərik. Sizin fikrinizə bir dəfə Hollivud ulduzu ilə eşqbazlıq ideyası gələ bilər, lakin siz bunu reallaşmayacagını kəşf edəndə xəyal qurmağa başlayırsız. Belə ki, biz niyə insanların bizi davamlı rədd etməsinə icazə veririk?
Helen Fişer və həmkarlarına görə, bunun səbəbi romantik rədd edilmənin asılılığa çevrilməsidir. Belə ki, bu cür rədd edilmə beynin motivasiya, mükafat, asılılıq və istəklə əlaqəli hissəsinə təkan verir. Onun komandası MRT (Maqnit rezonans temoqrafiyası) –nın funksiyasından istifadə edərək, 15 yaşlı qadın və kişilərin beyninə baxmışlar. Belə ki, onlar sevgililərinin onları rədd etməsinə baxmayaraq, hələ də sevdiklərini iddia edirdilər. Tədqiqat əsnasında, tədqiqatın mövzusu onları rədd edənin şəklinə baxmaq olub. Sonra onlar riyaziyyat çalışmalarını tamamlayıblar. Bu məşğələ, iştirakçıların romantik düşüncədən diqqətlərini dağıtmaq üçün verilib. Sonda eyni şəxsin şəklini göstəriblər. Lakin onlarda heç bir romantik maraq olmayıb.
Komanda iştirakçıları, onları rədd edən şəxsin şəklinə baxanda beyinlərinin bir çox aktiv hissəsi motivasiya, mükafat, asılılıq, fiziki ağrı, asılılıq, qəmlə əlaqəli idi.
2010-cu il “Neurophysiology” jurnalının nəşrində bildirilirdi ki, bu insanlar narkomaniyadan əziyyət çəkənlərin vəziyyətindədir və bizi rədd edən insan və qarşılıqsız sevgi narkotikdir. Lakin bu nəticə romantik rədd edilməni niyə belə qarşılayırıq sualının cavabını vermir və biz niyə əzab verici tendensiya olan bizim olmayacaq insanı istəmək halını inkişaf etdiririk?
Siz düşünə bilərsiniz ki, bu ürək qırıqlığının və kədərin mövzusudur, lakin bu tam cavab deyil, bunun tam cvb olmamasının bəzi səbəblərindən biri odur ki, biz heç nəyi itirməmişik, nəyisə itirəndə üzülürük. Ağrı və bizim qəlbimizi qırması ilə belə nəticələsə də, biz dəlicəsinə bizi heç vaxt istəməyəcək və istəməyən birini sevirik.
Mən razılaşıram ki, bizim sevgimizin qarşılıqsız olanda, hiss etdiyimiz rədd edilmə ağrısının bir hissəsi sosial qınaqdakı boşanma, ayrılma damğası ilə də əlaqəli ola bilər, lakin bu bizim tez-tez bizim olmayacaq fərdi istəməyimizin səbəbini izah etmir.
Digər aspektdən bu əzab digər şəxsin dəyərini qəbul etmə ilə əlaqəli ola bilər. Əgər digər şəxs bizi istəmirsə yaxud münasibət üçün əlçatmazdısa, onun dəyəri qalxır. Onlar “bahalı” olurlar, biz bunu qarşılaya bilmirik. Təkamül deyir ki, üstün yoldaş, daha dəyərli yoldaş ola bilər. Belə ki, bu hiss dəyəri qalxan insana qarşı romantik marağı daha da artırır. Digər cavaba görə, bu nisbətən bizim şəxsi asılığımızdan da qaynaqlana bilər.
Fişerin çalışması göstərdi ki, bu əzab və ağrı romantik rədd edilmənin asılı halıdır. Nə vaxtsa, belə sual yarana bilər, biz bu ssenaridən asılıyıqmı?
Bitmiş münasibət halında, biz digər şəxslə keçirdiyimiz vaxtdan, onun mesajlarından, onun yoldaşlığından yaxud cinsi münasibətindən asılı ola bilərik. Lakin bizim beynimiz bir cür halda işləyir, nə vaxt ki, bizim sevgimiz qarşılıqsız olur və burda heç vaxt münasibət olmayıbsa, bu asılı hisslərin mənbəyi nədir? Təxminən, biz heç vaxt olmayacaq düşüncələrdən asılıyıq. Birincisi biz o düşüncələrə ilişirik, digər şəxsin rədd etməsi onları intensivləşdirir. Belə ki, bu asılı düşüncələrdir yaxud da asılığın bir növüdür. Digər yandan, mən razıyam ki, obsessiv-kompulsiv pozuntu üçün olan standart metodlar həmçinin, romantik asılılığın öhdəsindən gəlməkdə kömək edir.
Sizin bağlanma tərziniz, həmçinin, sizi istəməyən birinə nə qədər ilişdiyinizdən təsirlənir. Bağlanma tərzindən (bu həmçinin co-depent yaxud anexious attachment style kimidə bilinir) asılı olan insanlar, onlara əzab verən insanları axtarıb tapırlar. Bu klassik ssenaridir, onlar ailə tərəfindən – ana və ya ata tərəfindən rədd edilərək böyüyüblər. Belə fərdlərə görə, romantik rədd edilmə buna bənzər hisslərdir. Biz həmişə bizi daha çox rədd gözləyən situasiyalar axtarıb tapırıq. Bizim beynimiz bu ssenarini normal qəbul edir, hətta biz ağrı və əzab liderlik edən ssenariləri axtarıb tapmağın normla olmadığını bilsəkdə.
Sonda, bunlar “müxtəlif tərkibli” izahlardır: Əgər bizim valideyn tərəfindən imtina ilə bağlı xatirəmiz varsa. Məsələn, biz bəzən şüuraltı eyni ssenari axtarıb tapırıq, və gələn dəfə hekayənin sonunun fərqli olacağına ümid edirik. Bu olmur. Eynişteynin verdiyi tərifə görə, dəlilik, eyni şeyləri dəfələrlə edib fərqli nəticələr gözləməkdir.
Berit Brogaard D.M.Sci., Ph.D “ON ROMANTİC LOVE” əsərinin müəllifi
Hazırladı: Coşqun İsmayılzadə