Batareyaların insan sağlamlığına və ətraf mühitə çox böyük zərərləri vardır. Batareyalar civə , kadmium , qurğuşun, sink , manqan , litium , dəmir , nikel , kobalt və digər kimyəvi maddələrdən hazırlanır. Bu batareyaların təsadüfi zibillərə atılması , birbaşa və ya bilvasitə olaraq mühitə verilməsi ətraf baxımından böyük təhlükələr yaradır. Metal torpağa və oradan da yeraltı sularına qarışa bilir. Ən başda torpaq istifadə edilməz hala gəlir və metalların yaratdığı su çirkliliyi sudakı ekosistemi alt-üst edir. Təsirlənən yalnız su ekosistemi deyil, əslində bütün ekosistemdir . Zaman içərisində bu təsirlər insanlar üzərində də görülür. Tullantı batareyaların səbəb olduğu xəstəliklərin başında nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləri gəlir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü ölçüyə çata bilir. Maddələr daha əvvəl də ifadə edildiyi kimi torpağa qarışaraq heyvanların yediklərindən ya da sulardan insan bədəninə qarışır.
Məsələn, kadmium, insanlarda yüksək təzyiqə , ürək xəstəliklərinə , ağciyər xərçənginə və qan azlığına, ağciyər xəstəliklərinə, prostat xərçənginə, toxuma pozuntusuna və böyrək üstü vəzilərinin sıradan çıxmasına səbəb olur.
Qurğuşunun meydana gətirdiyi mənfiliklər bədənin həssaslaşması, qüvvətdən düşməsinə, yuxusuzluq, qəbizlik, zehin bulanıqlığı, böyrək xəstəlikləri və iflic olaraq sıralana bilər. Qurğuşun eşitmə pozuqluğuna, sinir sistemində və qan azlığına, mədə ağrısına, böyrək və beyin iltihablanmasına, sonsuzluğa, xərçəngə və ölümə səbəb olmaqdadır.
Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bunun yanında bədənə alınan civə beyin və böyrəklər üzərində də ağır təxribatlar yaratdığı təsbit edilmişdir. Bunun yanında civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızartı və yaralar meydana gəlməsi ilə gözlərin zərər görməsinə səbəb ola bilər. Civə təbiətdə pozulmur. Civə və civə birləşmələri ətraf mühit üçün çox təhlükəli toksittir . Axan batareyadakı civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilir. Bu maddənin az miqdarda suda olması belə ciddi təhlükə meydana gətirir. İçməli suyu və ya qida zənciri yolu ilə insan bədəninə girən civə mərkəzi sinir sisteminin pozuntusuna və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozuntusuna, xromosomları korlayıb şikəst doğumlara səbəb olmaqdadır.
Batareyanın yandırılaraq aradan qaldırılması həll deyil. Çünki yanma nəticəsində qurğuşun, civə və kadmium daha da zəhərli qaz halına çevrilir və biz nəfəs aldığımız havaya qarışır.