Hamımızın dəfələrlə oxuduğu, başucundan ayırmadığı, sevimli bir kitabı vardır. Həyatınızda xüsusi yeri olan belə bir kitabı bir boyunbağı olaraq boynunuzda daşımaq istəsəniz bu artıq mümkündür.
Barselonalı zərgər Violeta Hernando demək olar ki, hər kəs tərəfindən tanınan məşhur kitabların miniatür formalarından ibarət bir boyunbağı kolleksiyası hazırlamışdır. Bunların arasında Balaca Şahzadə, Alis Möcüzələr Diyarında kimi uşaq əsərlərini; The Great Gatsby, Lolita, Drakula kimi klassikləri; Eyni Ulduzun Altında kimi müasir ədəbiyyatdan nümunələri tapmaq mümkündür. Hətta bunlar xaricində müəyyən bir kitabı boyunbağı etmək istəsəniz bunu da sizin üçün xüsusi olaraq hazırlaya bilir. Çox gözəldir, elə deyil mi?