Wabi-Sabi – Yaponca sadə, maddiyə deyil, mənəviyyata dəyər verən mənasına gələn Wabi ilə, köhnəlmiş, solmuş, zamanın izlərini daşıyan mənasına gələn Sabi sözünün birləşməsindən yaranıb. Qısa şəkildə “qüsurlu gözəllik” deyə ifadə olunur. Wabi-Sabi qüsurda gözəllik və mükəmməliyyəti tapmaq mənasını verir.



Ya’aburnee – Әrəbcə “məni basdır” mənasına gələn bu kəlimə ilə sevən insan onsuz yaşamağa dözə bilməyəcəyi üçün sevdiyi insandan əvvəl ölməyi diləyir. “Səni o qədər çox sevirəm ki, səndən əvvəl ölməyi diləyirəm..”



Cafune – Braziliya Portuqalcasında “barmaqlarınızı birinin saçlarında yumşaqca gəzdirmək” mənasını verir.



Mamihlapinatapai – (Şili Yaghan dilində) “iki insan arasında olan xüsusi bir baxışma” mənasını verir. İki tərəf də bu baxışla digərindən özlərinin etməyə cəsarət edə bilmədiyi bir şeyi etməsini gözləməkdədir.



Iktsuarpok – Bu kəlimə “birisini evinizə dəvət etdiyiniz zaman tez tez çölə çıxaraq və yaxud pəncərədən baxaraq onu həyəcanla gözləmək” mənasını verir.



Hugge – Danimarkaca “qış fəslində yaxın dostlarla bir atəşin ətrafında oturmaqdan gələn xoş, səmimi duyğu” mənasını verir.



Saudade – Bu kəlimə Portuqal dilində “sevdiyin və ya itirdiyin şeyə qarşı duyduğun özləm duyğusu” mənasını verir.



Grenj-jai – Tayland dilində “birindən ona zəhmət olmasın ya da ona sıxıntı verməsin deyə sizin üçün bir şey etməsini istəmədiyiniz zaman hiss etdiyiniz şey” mənasını verir.



Vade Mecum – İngiliscəyə, Latıncadan keçmiş bu kəlimə tam olaraq “mənimlə get” mənasını verir. Әn sevdiyiniz, yanınızdan ayırmadığınız bir kitabdan bəhs etmək üçün istifadə olunur.



Eleutheromania – Yunanca qarşısı alınmaz, çox güclü azad olma istəyidir. Yəni azadlığa qarşı çox şiddətli bir arzudur.



Fernweh – Almanca “uzaqlar üçün darıxmaq, çox güclü səyahət etmə, dünyanı kəşf etmə istəyidir.”



Cosmogyral – İngiliscə kainatın ətrafında dönən mənasını verir.



Waldeinsamkeit – Almanca “meşədə yalnız qalma duyğusudur.”



Nyctophilia – İngiliscə, “Qaranlıq və ya gecə sevgisi” mənasını verir. Yəni, qaranlıqda özünü daha xoşbəxt və hüzurlu hiss etmək.