ABŞ-da yaşanan qəzada başı onurğasından qopan gənc qız böyük mübarizə sonrası həyatda qalmağı bacardı. Amerika Birləşmiş Ştatlarında meydana gələn bir avtomobil qəzası sonrası başı onurğasından ayrılan Rachel Bailey adlı qız, möcüzə sayəsində həyata qalmağı bacardı.
Başı onurğasından 1 santimetr ayrıldı
Keçən il meydana gələn faciəvi qəzadan sonra xəstəxanaya aparılan Baileyin başının onurğadan bir santimetr qədər ayrıldığı aydın oldu. Xəstəxanaya gəldiyində yalnız dərisi sayəsində bədəninə bağlı qalan baş, bədənə hakim ola bilmirdi. Rachel nə danışa bilir, nə də bədənini hərəkət etdirə bilirdi. Qəzada aldığı zərbə nəticəsində başı yalnız əzələ və toxumalarla bədəninə bağlı qalan şanssız qadın bir ay reanimasiyada qaldıqdan sonra təkrar danışmağa başladı. Gəzmək bacarığını da geri qazanan 23 yaşındakı qadın, bu an həyatda olmasını qəza yerinə ilk gələn xilasedicilərə borclu olduğunu söylədi.