Qarışqalar.Bəlkə də görünüşləri ilə zəif məxluq təsəvvürü yaradan varlıqlar.Bəlkə də bu heyvanların gərəksiz olduğunu düşünüb onları məhv edənlər də var.Amma bilirsinizmi bu balaca varlıqların nəyə qadir olduqlarını?
Qarışqalar “həkimlik qabiliyyət”inə malikdirlər.Xəstə qohumunuzu ziyarət üçün xəstəxanaya getdiyinizi düşünün. Xəstəxanaya girdiyimizdən başlayaraq, bir çox ciddi təmizlik tədbirləri ilə qarşılaşarsınız. Ayaqlarınıza neylon torbalar geydirirlər, xadimələr tez-tez yerləri təmizləyirlər. Həkimlər önlük, maska və əlcəkdən istifadə edərək, xəstələrin mikrobla təmas riskini ortadan qaldırmağa çalışırlar. Bütün bunlar insanların mikrobların zərərli ola biləcəyini əvvəlcədən düşünərək aldıqları tədbirlərdir.
Elm adamları apardıqları araşdırmalar nəticəsində qarışqaların insanların bu davranışlarına bənzər davranışlar etdiyini müşahidə etmişlər. Qarışqalar, mikroblardan təmizlənmək üçün çox təsirli bir üsuldan istifadə edirlər.
İsveçli bioloq Michel Chapuisat, Formica paralugubris cinsindən olan qarşıqaların yuvalarında xüsusi bir qətran yığdıqlarını müşahidə etmişdir. Ancaq bu qətran bildiyimiz qətranlara bənzəmir. İçərisindəki xüsusi kimyəvi maddələr sayəsində xəstəlikləri yuvadan uzaq tutmağa yarayan tərkibə sahibdir. Qarışqalar, yuvalarının ətrafındakı qozalı şam ağaclarından əldə etdikləri bu qətranı çox sıx şəkildə içəri daşıyırlar. Qarışqaların topladıqları bu sərtləşmiş su dənəciklərinin miqdarı, yuvanın böyüklüyünə görə bəzən 20 kiloqrama çatır.
Chapuisat və qrupu, qarışqaların yuvalarında qətran yığdıqlarını müşhidə etdikdən sonra qətranlı və qətransız yuvalar üzərində bəzi təcrübələr aparmağa qərar verdilər. Bu təcrübələr nəticəsində qətransız yuvada üç qat daha artıq göbələk əmələ gəldiyi və xəstəliyə səbəb olan bakteriyalarda nəzərə çarpacaq dərəcədə bir artım olduğu görüldü. Qarışqalar yığdıqları antiseptik xüsusiyyət daşıyan bu qətran ilə yuvalarını mikroblara qarşı qoruyurlar. Qarışqaların bu davranışları ilə ortaya qoyduqları kimya haqqında məlumat, elm adamlarını heyrətə salmışdı.
Qarışqalar, kiçik bədənə sahib olan şüursuz bir canlıdır. Bu canlıların xəstəlik, mikrob və antibiotik arasındakı əlaqəni bilməsi, xəstəliyə çarə olaraq yuvasına qətran daşımasına ehtiyac olduğuna qərar verməsi əlbəttə ki, heyrətamizdir.
Bundan başqa, qarışqanın qətranı xəstəliyə çarə olaraq mənimsəməsi də olduqca təəccübləndiricidir. Çünki qarışqanın, qətranın xəstəliyin qarşısını aldığını anlamaq üçün qətranlı və qətransız yuvalar arasında müqayisələr aparması və bir nəticəyə gəlməsi lazımdır. Şübhəsiz ki, müasir dövrdə əczaçıların labaratoriyalarda apardıqları araşdırmaları, düşünmə qabiliyyəti olmayan bir qarışqa edə bilməz. Ətraflarında çox sayda bitki varkən xüsusilə qozalı ağacları seçmələrində də üstün bir ağıl olduğu açıqdır.
Bu balaca varlıqlar haqda qısa faktlar:
1.İşçi qarışqalar başqa qarışqaların yuvalarına hücum edir və yumurtalarını oğurlayır. Bu yumurtalar qırılıb, bala qarışqalar çıxdığında koloniyalarda kölə olaraq işləyirlər.
2.Qara qarışqalar və taxta qarışqalaının iynəsi yoxdur. Onun yerinə formik turşu püskürürlər.
3.İşçi qarışqa çöldə bir yemək qaynağı tapdığında, koloniyadakı digər qarışqaları bura çəkmək üçün xüsusi bir qoxu buraxır.
4.Tropik bölgələrdə yaşayan yarpaq kəsici qarışqalar, iti çənələri ilə yarpaqları kəsir və bunları yuvalarına daşıyır. Lakin bu yarpaqları yemək olaraq deyil, göbələk çıxarmaq üçün istifadə edirlər. Göbələklərdən özləri üçün lazımlı olan zülalı əldə edirlər. Yarpaqların evə daşınmasında, göbələk bağçalarının ekilip yemək əldə edilməsinə qədər keçən müddətdə içəridə və çöldə bir çox işçi qarışqa çalışır.
5.Koloniyaların iş bölümü vardır. İşçi qarışqalar, yuvanın içindəki zibili çölə daşımaqla və xüsusi zibilliyə götürməklə məsuldur.
6.Qarışqalar yaşıl, sarı, qəhvəyi, qırmızı, mavi və hətta moruq rənglərində ola bilərlər.
7.Kraliça qarışqalar doğuşdan qanadlara malikdir. Başqa koloniyalar qurmaq üçün yuvadan ayrıldıqları zaman, qanadları düşür.
8.Bir qarışqa öz ağırlığının 20 qatını qaldıra bilər.
9.Qarışqalar yalnız toxunmaq deyil, qoxu almaq üçün də antenalarını istifadə edirlər.
10.Yetkin bir qarışqa qatı yeməkləri uda bilmir; yeməklərin suyunu soraraq bəslənər.
11.Qarışqaların boyları ümumiyyətlə 2 – 7 mm arası dəyişir. Ancaq dülgər qarışqalar olaraq bilinən növün boyu 4-5 sm’ə qədər ola bilər.
12.Bəzi qarışqalar gündə 7 saata qədər yata bilir.
13.Hər qarışqa koloniyasında ən az bir dənə kraliça var.
14.Qarışqalar, böcək növləri içində ən böyük beyinə malikdir.
15.Qarışqalarda iki ədəd mədə olur. Bir dənəsində yeməyi öz üçün saxlayar, o birində isə digər qarışqalarla paylaşacağı yeməkləri anbarlar.