Balayına hara getməyi fikirləşirsiniz? Təbii ki, sizin seçiminiz zövqünüzdən asılı olmalıdır. Bəzi insanlar klassik romantik yerlərə getmək istəyir, digərləri isə tarixi yerləri səyahət edərək, macəralara üstünlük verirlər.
Variantlar müxtəlifdir, ona görə də mən əminəm ki, siz məhz axtardığınızı tapa biləcəksiniz. Balayını planlaşdırmadan əvvəl sizə bu siyahıya bir nəzər yetirməyi məsləhət bilirik , bəlkə elə bu siyahıdan bir yerə getmək istədiniz…
1. Paris, Fransa
Bəzi insanlar bunu stereotip hesab etmələrinə baxmayaraq sözsüz Paris dünyanın ən romantik şəhəri hesab olunur. Bir çox gənc qız bu cazibədar şəhərə pərəstiş edir və mən əminəm ki, onların “balayında haraya getmək istərdim” siyahısında birinci yeri tutur.
Əgər siz yalnız beş ulduzlu oteldə qalıb, ancaq şampan içib və kürü yeyəcəksinizsə Paris arzuolunmazdır, çünki bura həqiqətəndə çox bahalı bir şəhərdir. Digər tərəfdən isə əgər siz tam məxfiliklə istifadə edə biləcəyiniz rahat mənzil kirayə alsanız , birlikdə öz yeməklərini hazırlayıb və bu füsunkar şəhəri tədqiq etsəniz, əminəm ki, sizin bal ayının ümumi qiyməti sizin üçün daha münasib olacaq.
2. Florensiya, İtaliya
Bu möhtəşəm şəhər həmçinin İntibahın vətəni sayılır və siz istəməzsiz ki, incəsənətin doğulduğu bu şəhərdə biryerdə olan həyatınızın ilk günlərini məhz burada keçirəsiniz. Onun mədəni əhəmiyyəti ölçülməzdir və Florens hələ də Şimali İtaliyaya çox güclü təsir göstərir.
Əgər siz ikinizdə mədəni ruh yüksəkliyinə üstünlük verirsinizsə bu şəhər sizin münasibətlərinizin dərinləşdirilməsi üçün əvəzolunmaz bir yerdir. Həqiqidə Florensiyaya yay və ya qış zamanı səyahət etmək heçbir əhəmiyyət kəsb etmir, çünki bu heyrətamiz yer ilin istənilən vaxtı möhtəşəm olur. Əsas getməyinizdir, nə vaxt getməyinizin heç bir əhəmiyyəti yoxdur.
3. Dubrovnik, Xorvatiya
Bu qədim sir dolu şəhər sizin nəfəsinizi kəsəcək. Dubrovnik şəhərinin köhnə hissəsi 16 əsrdə tikilib və bura ənənələrlə, parlaq tarixin ruhu ilə nəfəs alır, deməli, mütləq buradan nə isə öyrənəcəksiz.
Adriatik Dənizində yerləşən, Dubrovnik şəhərinin bir yerdə vaxt keçirə biləcəyiniz çox gözəl təbii çimərlikləri var. Çox maralı bir faktı sizə çatdıraqki, əgər siz Game of Thrones fanısızsa siz özünüzü xoşbəxt hiss edə bilərsiz, çünki King’s Landing from the snow səhnələri məhz burada çəkilib və siz burada təsadüfən bəzi məşhurlara da rast gələ bilərsiz.
4. Ko Tao, Tailand
Halbuki bu, bura iyirmi bir kvadrat kilometrdən az bir yer təşkil etsədə, yüz mindən çox turist hər il bu adaya səfər edir – bura, demək olar ki, cənnətdir. Doğurdanda sizin az büdcə ilə gəzməyinizin və ya dəbdəbəli bal ayı istəməyinizin fərqi yoxdur, Ko Tad sizin üçün gözəl bir təklifdir.
Cənnətin bu kiçik parçası Tailandın Cənubunda yerləşir və tərcümədə isə mənasıTısbağa Adası deməkdir. Siz sadəcə ikiniz üçün kiçik çimərlik parçası tapa bilərsiz, və ya əgər siz ünsiyyətdə olmaq və əylənmək istəyirsinizsə, siz daha izdihamlı çimərliklərin birinə baş çəkə bilərsiniz – seçim sizindir.
5. Kioto, Yaponiya
Əgər Yaponiyanın sabiq paytaxtında balayınızın olmasını istəyirsinizsə, siz hiss edəcəksiniz ki, tamamilə bütün hay-küy və gərgin həyat tərzindən ayrı olan, sanki bizim planetdən uzaq , son dərəcə dinc bir yerə gəlmisiz.
Kiotoda, siz ənənəvi taxta binalar, kral sülalələrinin yaşadığı saraylar və təbiətlə canbir qəlbdə olan mənəvi Buddist məbədləri tərəfindən əhatə ediləcəksiniz. Kifayət qədər gözəl olan bu yeri bir – birini dərindən anlamaq istəyən cütlüklərə məsləhət görə bilərik.
6. Punta del Este, Uruqvay
Digər tərəfdən, əgər müasir cütlük olmağı arzulayırsızsa – siz Punta del Este şəhərini səyahət etməlisiz. Cənubi Amerikada Atlantik Sahillərində yerləşən bu kurort, lüks sevən şəxslər üçün əsil müalicə yərinə çevrilir
Punta del Esranın möhtəşəm gecə həyatı ilə fərqlənir, və əgər siz klubları və səhərə qədər oyaq qalmağı sevirsinizsə çox uzağa getməyə ehtiyac yoxdur, hər ikiniz burada çox əylənəcəksiniz.
7. New Orlean, ABŞ
Gecə həyatı dedikdə – Fransa, Amerika və Afrika mədəniyyətinin Luiziana Ştatında toqquşduğu, parlaq musiqi müxtəlifliyini və parlaq mədəniyyət yaratdığı bu yeri mütləq nəzərə almalısınız.
Əgər siz New Orlean şəhərinə balayına getməyi planlaşdırmısızsa siz əmin ola bilərsiniz ki, bu şəhər sizin fikirləşdiyiniz adi bir balayı şəhəri deyil və siz burada çox ləziz yeməklər dada bilərsiz, fərqlı mədəni tədbirlərdə iştirak edə bilərsiz hətta vəhşi karnavala belə qoşula bilərsiz.
8. Bodrum, Türkiyə
Əgər siz macəraya üstünlük verirsinizsə və evliliyinizin ilk günlərini nə isə kəşf etməyə və ya öyrənməyə həsr etmək istəyirsizsə sizin üçünTürkiyə, xüsusilə, Bodrum, gözəl olardı. Buranın mədəniyyəti və həyat tərzi siz heyrətləndirəcəyindən əmin ola bilərsiz.
Burada siz canlı musiqinin bütün növlərinin dinləməklə yanaşı həm də yeni dostlar və böyük xatirələr əldə edəcəksiz.
Bütün yeni evlənənlər kimi eyni fotoşəkillər çəkdirmək əvəzinə bu yer bir çox unudulmaz xatirələr və bölüşməli olduğunuz hekayələrlə yaddaşlarınıza həkk olunacaq.