“Balaca Şahzadə“ni oxuyan olub? Çox gec qalmışam bilirəm, amma mən keçən il oxudum. Çox təəssüfləndim ki, daha əvvəl oxumamışam. Antoine de Saint-Exupéry fransız yazar həm də pilot olub. Bu da onun əsərlərini daha unikal edir. Ən sevimli əsəri isə “Balaca Şahzadə”dir. İlk dəfə bu kitabı görəndə fikirləşdim ki, bu nazik kitabdan nə öyrənəcəm ki? Oxuyanda isə sadəcə aşiq oldum bu Balaca Şahzadəyə! Hamınıza oxumağı tövsiyyə edirəm. Filmini də izləmişdim. Çox bəyənmişdim: IMDB
İndi isə gəlin sizlərə azca motivasiya verim. Kitabdan ən xoşladığım sitatları sizlərlə paylaşıram. Bunları anlamaq üçün mütləq kitabı oxumalısınız, çünki şahzadənin başına gələnlərdən çıxıb bu cavablar. Sualı oxuyun ki, cavabını dərinliyinə qədər anlayasınız:
- İndi isə sizə sirr açacam, çox sadə sirr… Sadəcə ürəyinlə doğru görə bilərsən. Zəruri olan hər şey gözlərə görünməzdir.
- Başqalarını mühakimə etmək, özünü mühakimə etməkdən daha asandır. Əgər özünü mühakimə etməyi öyrənmisənsə müdriklik zirvəsinə çatmısan deməkdir.
- Bütün böyüklər bir gün uşaq olub, ancaq çox azı bunu xatırlayır.
- Qızılgülün üçün sərf etdiyin vaxt onu sənin üçün önəmli edir.
- Mən elə özüməm və ehtiyacım olan da budur.
- Dünyada olan gözəlliklər sadəcə ürəklə hiss edilə bilir, onları görmək və onlara toxunmaq olmur.
- Hər insanın ulduzları var, ancaq o ulduzlar hər kəs üçün eyni deyildir. Səyahət edənlər üçün yol göstərənlərdir, bəziləri üçün kiçik işıqdır, alimlər üçün tədqiq etmələri lazım olan problemlərdir, ancaq bütün ulduzlar sakitdir. Sənin də öz ulduzların olacaq.
- Heç kim olduğu yerdən tam məmnun deyil.
- Bir dəfə mən günəşin batışını 44 dəfə izləmişdim. Bilirsən… biriləri çox üzgün ola bilər, digərləri də günəşin batışını izləməyi sevər.
- Sənin yaşadığın ölkədə,- Şahzadə dedi- insanlar minlərlə qızılgül yetişdirirlər, amma hələ də axtardıqlarını tapa bilmirlər, halbuki axtardıqları sadəcə bir qızılgüldə də tapa bilərlər.
- Bu elə sirrli yerdir ki!- göz yaşları torpaqları…
- Özünküləşdirdiyin hər bir şey üçün məsuliyyət daşıyırsan, öhdəliyin olur.
- Lovğa adam heç nə eşitməz, tərifdən başqa.
- Əgər kəpənəklərlə tanış olmaq istəyirəmsə, o zaman bir neçə tırtıla da dözmək məcburiyyətindəyəm.
- Biz çox sadə şeylərdən zövq ala bilərik. Xoşbəxtlik ətrafımıza yığdıqlarımızda deyil. Xoşbəxt olmaq üçün gözlərimizi açmağımız kifayətdir!
- “İnsanlar hardadır?”- Balaca Şahzadə soruşdu. Səhrada tək qalmaq yalnız hiss etdirir. “Sən insanların içində də yalnız hiss edə bilərsən.”- dedi ilan.
- Bir qaya yığını möhtəşəm kilsəyə adamın ona toxunuşu ilə çevrilir.
- Gözlər kordur. Ürəyinizlə baxın!