Antuan de Sent-Ekzüperinin sevimli qəhrəmanı Balaca Şəhzadə ilə tanış olmayan çox az adam tapılar. Yazıçının öz uşaqlıq həyacanlarını ifadə edən bu möcüzəvi nağıl fransanın ən çox oxunan və tərcümə olunan kitabıdır.
Balaca şahzadənin sevməmək əldə deyil. Onun həyat qanunları isə böyükləri belə düşündürür.
- Bu bir qaydadır: səhər tezdən durmalısan, yuyunmalısan, özünü səhmana saldıqdan sonra dərhal planetini səhmana salırsan.
- Mənim sirrim çox sadədir: yalnız ürək hər şeyi görə bilir. Əsas şeyləri gözlərinlə görə bilməzsən.
- Güllərin nə dediyinə qulaq asmaq lazım deyi. Onlara baxmaq və onların qoxusu ilə nəfəs almaq lazımdır.
- Mən böyüklər kimi olmaqdan qorxuram. Onları rəqəmlərdən başqa heç nə maraqlandırmır.
- Kəpənəklə tanış olmaq üçün iki-üç tırtıla dözmək lazımdır.
- Kədərli olduğun vaxtlarda günəşin çıxmağını seyr etmək yaxşıdır.
- Hər insanın öz ulduzları var.
- Səhrada nəyin yaxşı olduğunu bilirsənmi? Onun harasındasa bulaqlar gizlənib.
- Bu ən çətinidir. Özünü mühakimə etmək, başqalarını mühakimə etməkdən daha çətindir. Özünü düzgün mühakimə edə bilirsənsə, həqiqətən kamilsən deməkdir.
- Dostların unudulması çox kədərlidir. Hər insanın dostu olmur.
- Sual verdiyin zaman, cavab alana qədər geri çəkilmə.
- Sözlər biri birimizi anlamağa yalnız maneə olur.
- Öyrəşdiyin zaman, ağlamaq ehtimalın yaranır.
- Sən əməllərində yaşayırsan, bədənində deyil. Sən – sənin hərəkətlərindir, başqa sən yoxdur.
- İnsanlar təcili qatarlara minir, ancaq nə axtardıqlarını bilmir. Ona görə də onlar rahatlıq bilmədən o tərəfə, bu tərəfə çırpınır. Hədər yerə. Gözlər kordur. Ürəklə axtarmaq lazımdır.