Norveç (Norveç dilində Kongeriket Norge (bokmål); Kongeriket Noreg (nynorsk) – Şimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlətdir. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — “şimala yol” deməkdir.Gəlin bu ölkə haqda maraqlı bilgilərə baxaq.
1. Norveç bir çox enerji resursları ilə zəngindir. Həmin resurslardan düzgün istifadə sayəsində norveçlilər dünyanın ən imkanlı milləti hesab olunurlar. Bu çox da məlum olmayan bir fakt ilə bağlıdır: belə ki, dövlət kifayət qədər böyük torpaq sahəsinə və xaricdə daşınmaz əmlaka malikdir.
2. Norveç əhalisinin sayı 5 milyondan çox deyil. 1,5 milyondan çox insan isə Oslo və onun ətraf rayonlarında yaşayır. Əhalisinin sayı 30 mindən çox olan şəhərlər böyük şəhər hesab olunur.
3. Norveç – çox bahalı ölkədir. Yerli supermarketlərdə €200 xərclədiyinə baxmayaraq, elə də mühüm heç nə almış olmayacaqsan. Burda xidmətlər (tikinti, taksi) hədsiz bahadır. Benzinin 1 litri 2 dollardır. Avtonəqliyyat vergiləri də kifayət qədər yüksəkdir. Buna baxmayaraq, Norveç neft məhsulları ixracına görə Avropada ikinci yeri tutur. Neft hasilatı ilə məşğul olan Statoil və Shell kimi nəhəng şirkətlər Norveç mənşəlidirlər.
4. Avropanın ən bahalı hamburqerləri Norveçdədir. Ona görə də “fast-food” restoranlarından birinə başa çəkmək sizə baha başa gələcək.
5. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli İnternet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir.
6. Digər Avropalılarla müqayisədə norveçliləri mini-oliqarx hesab etmək olar. Norveçdə orta əməkhaqqı €5-7 mindir. Ona görə də norveçlilər üçün yerli qiymətlər normal olduğu halda, gəlmələr üçün yolverilməz hesab olunur.
7. Norveçdə alkoqol çox bahadır. Araq butulkasının dəyərinin €70-100 olması normal hesab olunur. Tünd spirtli içkilər müstəsna olaraq, restoran, bar və dövlətin xüsusi Vinmonopolet mağazalarında satılır.
8. Ferma yaxınlığında olan kənd yollarının üstündə qiymət yarlıqları olan tərəvəz və meyvə masalarına tez-tez rast gəlmək olar. Yanında isə tərəzi, qablaşdırmaq üçün paket və pul bankası olur. Bu inama əsaslanan özünəxidmətin bir növüdür.
9. Yerli banklarda çox asanlıqla iri kreditləri 3-4%-lə əldə etmək mümkündür. Dövlət əhali yönlü siyasət yürüdür. Buna görə də norveçlilər karyera və daha zəruri xərclər də daxil olmaqla həyatlarını on il əvvəldən planlaşdıra bilirlər.
10. Dövlət davamlı olaraq, əhalinin məşğulluğunu təmin edir. Məsələn, şəxsi biznesin müxtəlif sahələri üçün dotasiyalar verir. Xüsusi şirkətin qeydiyyatdan keçməsi prosedurası kifayət qədər sadədir. Buna baxmayaraq, yüksək vergi ödəməyə də hazır olmaq lazımdır.
11. Son zamanlarda hökumət başqa ölkələrdən gələn immiqrantlara qoyduğu kvotanı qaldırıb. Onların əksəriyyəti inteqrasiya olmaq istəmir, Norveç dilini öyrənmir, özlərini ədəbsiz aparır, müəyyən qruplara daxil olur, işləmək istəmir və mövcud sistemi istismar edirlər.
12. Gənc norveçlilər adətən qanunların son dərəcə çox olmasından, darıxdırıcı həyat, ağır iqlim və yüksək qiymətlərdən şikayətlənirlər. Lakin bununla yanaşı onlar özləri və öz ölkələri ilə fəxr edirlər.
13. Norveçdə avianəqliyyat qiymətləri son dərəcə ucuzdur. Buna baxmayaraq, xidmətin keyfiyyəti digər Avropa analoqlarından daha üstündür. Oslodan Amsterdama bilet cəmi €35-dur.
14. Siqaretlərə yüksək qiymət qoymaqla bununla mübarizə aparırlar. Bir çox norveçlilər tütünü briketlərdə əldə edirlər və özləri düzəldib çəkirlər.
15. Avtonəqliyyat əsasən dizel yanacağı ilə işləyir. Avtomobilin kirayə haqları Avropada mövcud olan orta qiymətlərdən 2-3 dəfə yüksəkdir. Norveç yollarında demək olar ki, bahalı avtomobil yoxdur.
16. Norveçdə gümüş ucuzdur, gümüşdən hazırlanan məmulatların keyfiyyəti isə yüksəkdir.
17. €50-dən yuxarı alış-verişə tətbiq olunan “tax-free” turistlərə pullarına 30% qənaət etməyə imkan verir.
18. Elektrik qiymətləri isə Norveçdə çox bahadır. Orta statistik ailə ay ərzində elektrik enerjisinə €1 min ödəyə bilər.
19. Əksər norveçlilər sadə, lakin çox rahat evlərdə yaşayırlar. Adətən onlar göy-ağ və ya qırmızı rənglərdə boyanır. Evin damında istiliyin saxlanması üçün təbii otlardan ibarət qazon yerləşdirilir.
20. Büdcəyə daxil olan dövlət gəlirlərinin əsas hissəsini neft məhsullarının satışından daxilolmalar təşkil edir. İqtisadiyyatın digər vacib sahələri kimi dəniz vətəgələri, mühəndis-texniki işlər, gəmiqayırma və dərin platformaların tikintisini misal göstərmək olar.
21. Daha nüfuzlu təhsil müəssisələri – texniki universitetlər, neft-qaz institutları və dəniz akademiyasıdır.
22. Norveçlilərdə şəxsi mülkiyyətə hörmət hissi çox inkişaf edib. Ona görə də gündüzlər şəhərkənarında heç kim evlərinin qapılarını bağlamır.
23. Norveçdə siqaret kötüklərini yolun ortasına atmırlar. Eləcə də əgər siz yoldaşınızla siqaretinizdən bölüşmüsünüzsə, o bunu mütləq geri qaytarmağa çalışacaq.
24. Burda dilənən kasıblara rast gəlmək çətin məsələdir. Demək olar ki, onların çoxu immiqrantlardır. Ötən əsrin 90-cı illərində heç bu cür hallar da yox idi.