Məşhur investisiyaçı Uorren Baffet Richard Ivey Biznes-Məktəbinin MBA proqramı üzrə oxuyan tələbələr ilə görüşüb, onlara bir neçə həyati məsləhət verdi. Onları sizin diqqətinizə təqdim edirik:
1. Müvəffəqiyyətin açarı –emosional stabillikdir. Varlanmaq üçün güclü İQ gərək deyil.
2. Özünüzə investisiya edin. Öz talantlarınızı inkişaf etdirib, zəif tərəfləriniz üzərində çalışın. Özünə investisiya heç də həmişə kollecdəki təhsil haqqını ödəmək demək deyil. Mənim iki diplomum var, amma mən, nə onları şərəf lövhəsindən asmır, nə də onları hara qoyduğumu xatırlamıram. Con Mellor belə bir təhqiqat aparıb: bir qrup tələbə həmişə universitetə dərsə gedib, digəri isə vaxtını çimərlikdə keçirib. Lakin onların nəticələri bir-birindən o qədər də güclü fərqlənməyib. Əsas odur ki, bu və ya digər tələbə öz keyfiyyətlərini inkişaf etdirmək üçün nə qədər ciddi çalışır, nəticə də məhz bundan asılı olur.
3. Öz böyük həvəsinizi tapın. Siz onu görən kimi tanıyacaqsınız, bunun o olduğunu dəqiq biləcəksiniz. Mən elə bir adam tanımıram ki, o öz arzusunun ardınca getsin və nəticədə müvəffəqiyyətli və ya xoşbəxt olmasın. Mənim atam mənə həmişə deyərdi ki, çox vacibdir ki, insanın daxilində “hesabat planı” olsun və insan hər gün ona nə qədər uyğun hərəkət etdiyini tutuşdursun. Bu sizə həqiqətən də zövq aldığınız işlə məşğul olmağa kömək edəcək.
4. Öz həmyaşıdlarınıza diqqət yetirin. Elə birini seçin ki, siz onu “almaq”, onda olan keyfiyyətlərə sahib olmaq və elə birini ki, onu “satmaq “istərdiniz, yəni elə bir adam ki, sizi heç nə ilə cəlb etmir. Onların xüsusiyyətlərini bir kağız vərəqi üzərində yazın. Siz onda görəcəksiniz bu xüsusiyyətlərdən heç bir anadangəlmə deyil, onlar hər bir həyatın gedişi əsasında meydana çıxıb, inkişaf etdirilib. Sizi cəlb edənləri yazın və öz siyahınıza riayət edən.
5. Əgər sizə bir maşın seçmək imkanı versəydilər, hansını götürərdiniz? Bu sizin həyatınız boyu idarə edəcəyiniz yeganə maşın olsaydı, bəs onda necə. Sizin bədəniniz də elədir. Onun qeydinə qalın, onu yaxşı yanacaqla təmin edin, onunla yaxşı rəftar edin, axı sizin həyatınız boyu yalnız bircə vücudunuz olacaq.
6. Mən həqiqətən də inanıram ki, sizin həyatınız boyu verəcəyiniz ən vacib qərarlardan biri özünüzə yaxşı həyat yoldaşı seçməkdir. yadınızdan çıxarmayın ki, bəxtiniz gətirib ki, Amerikada doğulmusunuz.
7. Prinsiplərinizə uyğun gələn bir iş peşə və ya iş seçin. Axı siz, ürəyinizi bulandıran bir mədəniyyətə sonradan uyğunlaşmaq məcburiyyətində qalmaq istəməzdiniz. Sizə elə bir iş tapmaq lazımdır ki, o sizdə ruh yüksəkliyi, həyat şövqü və həvəs oyatsın. Əlbəttə əgər söhbət sizin ömrünüzün ilk işindən gedirsə, təbii ki, buna nail olmaq çətin olacaq. Onu puldan ötrü etməyin. Siz gərək o adamlarla işləyəsiniz ki, onlardan fərəh duyursunuz, onlar ilə işləməkdən qürur hiss edirsiniz.
Biz həyatda bir dəfə yaşayırıq. Ona görə də nəticələri tələsdirmək və ya illik planı yerinə yetirmək üçün xüsusi yalançı stimullar uydurmaq məcburiyyətində qalan və daima təzyiq altında olan insanlara işləməkdən uzaq olmağa çalışın. Axı siz istəməzsiniz ki, sizi rüblük nəticələrə əsasən qiymətləndirsinlər.