Hansı səhvi edirsinizsə edin, bacınız sizi hər daim sevəcəkdir. Seçimlərinizi bəyənməyə, hətta seçimləriniz onlara mənasız da görünə bilər, amma yenə də işlər yolunda getmədiyi zamanlar sizin yanınızda olacaqlar. Həyatımızdakı çətin dövrlərdə bu qarşılıqsız sevgi bizim ən böyük xilaskarımızdır.



Heç kimin yanında, onun yanında olduğuz qədər rahat ola bilməzsiniz. Bacılar birlikdəykən içlərindəki uşaq yenidən ortaya çıxır. Bu isə xoşbəxt olmaq üçün ən böyük səbəbdir.



Bacınız həyatınızın hər dövründəki mübarizə və zəfərlərinizə şahid olmuşdur. Doğulduğunuz illər fərqli olsa da eyni evdə və eyni valideynlərlə böyüyürsünüz. Oxşar ədəb qaydaları və dəyərlər ilə böyüdülürsünüz.



Uşaqkən yaşadıqlarımız böyüdükdən sonra necə biri olacağımızı müəyyən edir. Özünüzlə bağlı bəzi şeylərin fərqinə varmadığınız zamanlar bunun altında yatan səbəbləri bacınız xatırlada bilər. Sizi heç kim anlamasa belə bacınız anlayacaqdır.



Bacılar tək başlarına ayaqları üstə dayanmağa çətinlik çəkdiyi zamanlar bir-birlərinə yaslana bilərlər. Qızlar şəfqətli və duyğularını gizlətməyən olduqları üçün özünüzü yalnız hiss etməyinizə əsla icazə verməyəcəklər. Çünki onlar yalnız xoş zamanları və xoşbəxtliyi deyil, çətin günləri və ağrını da paylaşırlar.



Gündəlik həyatınızda fərqli insanlara fərqli şəkillərdə davransanız da bacınızın qarşısında özünüz olmaq xaricində bir variantınız yoxdur. Bunu sınasanız belə sizi anlayacaqdır. Özünüz olmaqdan, duyğularınızı dürüstcə ifadə etməkdən gözəl nə ola bilər ki?