Bacı olmaq analıq sınağı keçməkdir deyə bir söz var… Tamamilə razıyıq. Xüsusilə böyük bacı olmaq həqiqətən çox özəl bir duyğu və vəzifədir. Niyə mi?


Özünüzdən daha çox onu düşünür, davamlı olaraq harada nə etdiyini bilmək istəyərsiniz.


Bir çox zaman sizə əmanət edildiyi üçün məsuliyyət duyğunuz sürətlə inkişaf edər.


İcazə alması lazım olduğu zamanlarda ana atanızla onun arasında körpü olarsınız.


Ana atanızla yaşadığı problemlərdə isə ona sipər olarsınız.


Davranışlarınız, geyimləriniz, zövqlərinizlə  təqlid edilərsiniz.


Səbir sözcüyünün mənasını öyrənərsiniz.


Bəzən cibinizdəki son pulu, bəzən ən sevdiyiniz paltarınızı, bəzən isə olmayan vaxtınızı paylaşırsınız.


Onun sizə nisbətən daha rahat böyüdüyünü, bütün istədiklərinin edildiyini, ərköyünləşdirildiyini görərsiniz.


Onu hər kəsə və hər şeyə qarşı qoruyar, hər vəziyyətdə ona arxa olarsınız.


Fikir ala biləcəyi, danışa biləcəyi bir nömrəli adam olarsınız.


Eyni zamanda ən yaxın dostu və sirdaşı olarsınız.


Birdə, valideynlərinizə sizi şikayət etdiyində içinizdən ona qarşı heç də yaxşı şeylər keçməz. 🙂


Hər nə etsə, sizi nə qədər üzsə, nə qədər qırsa da, göz açıb bağlayana qədər onu bağışlayarsınız.


Baqqala göndərmə, su istəmə kimi kiçik üstünlükləriniz olar.


Bütün bunları edərkən ən kiçik qarşılıq belə gözləməzsiniz.


Bütün bunlar o böyüdüb, ailə qurduqdan sonra da davam edər


Geriyə dönüb baxdığınızda isə əslində bir analıq sınağı keçdiyinizi anlayarsınız.