Doğrudur, insanlar danışdıqları zaman duyğularını gizlətməyi bacarırlar, lakin gözlər əsla yalan söyləməyi və duyğuları gizlətməyi bacarmır. Bu şəkillərdə görəcəyiniz baxışlar bir kitabdan daha çoxunu ifadə edir…
1. Təəccüb; Doğuşdan kar olan Harold Whittles’a eşitmə cihazı taxdıqdan sonra duyduğu ilk səslərə verdiyi reaksiya.

2. Cəsarət; Atası tərəfindən ərinə satılan bu Əfqan qız, ərindən qaçdığı zaman qulaqları və burnu kəsilərək cəzalandırılıb təkrar ərinin yanına qaytarıldı.

3. Dəlilik; Yaxınlarının evinə top gülləsi düşmüş bir əsgər şok keçirir. (Courcelette müharibəsi Sentyabr 1916)

4. Panika; 1986-ci ildə İngiltərədəki bir futbol yarışında yaşanan izdiham nəticəsində 766 nəfər yaralanıb, 96 nəfər həyatını itirmişdi.

5. Nifrət; Adolf Hitlerin ən yaxın dostlarından biri və ən sadiq yoldaşı Dr. Paul Cozef Goebbels, fotoqrafın (Alfred Eisenstaedt) Yəhudi olduğunu öyrəndiyində.

6. Məğlubiyyət; Qırmızı Ordu hərbçisi, alman əsirini getməyə məcbur edərkən.

7. Utanc; 2-ci Dünya Müharibəsindən sonra Almanlarla əlaqəyə girən Fransız qadınlar işarələnirlər.

8. Sülh; Bu fotoşəkildəki əsgərin adı məlum deyil. Vyetnamdakı 173-cü Hava Qüvvələrində döyüşdüyü məlumdur.

9. Dəhşət; Kukla Teatrında Saint George və Hekayəsini izləyən uşaqlar, Paris, 1963

10. Yorğunluq; Müttəfiq qüvvələr tərəfindən Alman əsir düşərgəsindən xilas edilən bir Amerikan əsgəri.

11. Qorxu; Müttəfiq Qüvvələr tərəfindən əsir alınan 15 yaşlı Alman hərbçisi Hans-Georg Henke (3 Aprel 1945)

12. Sevinc; 1945-ci ildə əsarətdən xilas bir qadın.

13. Diqqət; Sovet Ordusu tərəfindən Əfqanıstanın bombalanması zamanı yetim qalan və 1984-ci ildə Pakistan Nasir Bagh qaçqın düşərgəsinə göndərilən Sharbat Gula.

14. Qəbul etmə; Vinnitsa və ətrafında yaşayan 28,000 Yəhudi bu adam kimi toplu məzarlara basdırılmağı və başlarına gələcəkləri qəbul etmişdi.

15. İtirilən Məsumiyyət; 8 yaşlı Suriyalı bir müqavimətçi artıq uşaq kimi görünmür…

16. Rahatlama; 23 saat davam edən müvəffəqiyyətli bir ürək köçürmə əməliyyatının sonunda yaşanan rahatlama. Həkimin yorğun köməkçisi isə kənarda yuxuya dalmışdır.

17. Ümidsizlik; Varşavada aclıqdan ölmək üzrə olan bir qadın.
