Gərgin iş gününün yükünü atmaq, bütün problemlərdən heç olmasa bir-iki saatlıq uzaqlaşmağın formulu nədir? Yüngül, maraqlı, əyləncəli və bir nəfəsdə baxılan filmlər. Bu gün sizin üçün məhz belə filmlərin siyahısını tutduq:
Hadisələr New-Yorda baş verir. Pulsuz-parasız iki yaradıcı insanın tənhalığı qovuşur və.. Möhtəşəm soundtrack, isti abu-hava, Keira Knightley və Mark Ruffalo. İzləyin!
IMDb reytinqi – 7.4
The Perks of Being a Wallflower
Charlie adında sakit bir oğlan Pittsburgh şəhərində kollecə daxil olur. O, orada başına nələrin gələcəyindən xəbərsizdir.. Stephen Chboskynin eyni adlı romanı əsasında çəkilmiş bu filmdə Emma Watson da rol alıb. Mütləq baxın!
IMDb reytinqi – 8.0
Sıradan bir menecer dərin depressiyadadır. Bu vəziyyətdən çıxmaq üçün o, hər zaman «hə» cavabını verərək, bütün təklifləri qəbul etmək qərarına gəlir. Həmin andan etibarən nələr baş verir nələr! Yeri gəlmişkən, baş rolda Jim Carreydir. Odur ki, baxmağa dəyər!
IMDb reytinqi – 6.8
3 cütlük hər həftə əyləncəli zaman keçirmək üçün «gecə oyunları» keçirir: tapmacalar, masa oyunları və s. Bir gün onların arasına bir oğlan qatılır və daha təhlükəli bir oyun oynamağı təklif edir.. Film sizi bir saniyə belə darıxmağa qoymayacaq. Buna zəmanət veririk!
IMDb reytinqi – 7.1
Bu ikilini sevməyən varmı ki? Bu dəfə onların canlandırdığı personajlar sizi həm ürəkdən güldürəcək, həm də həyacanlandıracaq. Spoiler vermirik! Play düyməsinə basın və icazə verin bu film əhvalınızı 180 dərəcə dəyişdirsin!
IMDb reytinqi – 7.4