Bütün həyatını eyni bir yol uğrunda sərf etmək faydasızdır, xüsusəndə bu yol ürəyə sahib deyilsə.
Çox izah etmə. Hər bir izahda dəyişiklik gizlidir. Beləliklə, bu və ya digər bir şeyi nəyə görə edə bilməyəcəyini izah etməyə çalışdıqda, əslində qarşında insanın səni başa düşəcəyi və bağışlayacağı ümidi ilə öz çatışmayan cəhətlərinə görə üzr istəyirsən.
Həyatda daha çox şeyə nail olmaq üçün insan dəyişməlidir. Təəssüflər olsun ki, insan böyük çətinliklə dəyişir və bu dəyişiklik çox ləng şəkildə baş verir. Bir çoxları bu dəyişiklik uğrunda illərini sərf edir. Lakin ən çətin məsələ – həqiqətən dəyişməyi arzulamaqdır.
Heç vaxt heç kimə qəzəblənmirəm. Heç bir insan mənim bu reaksiyama sahib ola biləcək heç bir şey edə bilməz. İnsanların hərəkətlərinin mühüm olduğunu anladıqda onlara qəzəblənirsən. Uzun müddətdir ki, belə bir hiss yaşamıram.
Hər zaman başa düşməlisən ki, yol – sadəcə yoldur. Bu yolda addımlamamalı olduğunu hiss edirsənsə, heç bir halda yola davam etmək olmaz.
Hər şey yuxu imiş kimi davran. Cəsarətlə hərəkət et və bəhanə axtarma.
İnsanların əksəriyyəti üçün əsas maneə daxili dialoqdur. Bu hər şeyin açarıdır. İnsan onu dayandırmağa başladıqda hər şey mümkün olur. Hətta ən inanılmaz layihələr belə öz real əksini qazanır.
İnsanlar adətləri üzrə istənilən anda istənilən hər şeyi həyatlarından çıxara biləcəkləri ilə bağlı özlərinə hesabat vermirlər. İstənilən anda. Anidən.
Sahib olduğumuz yeganə müdrik məsləhətçi ÖLÜM-dür. Hər dəfə uğursuzluqla nəticələndikdə və əllərin yenidən boş qaldıqda sola dön və öz ölümündən soruş. Bu həqiqətəndəmi belədir? Və sənin ölümün bunun belə olmadığı, yanıldığın cavabını verəcək. O deyəcək: “Mən ki sənə toxunmadım!”.