1930-cu ildə Azərbaycanda qəza bölgüsü ləğv edildi və indiyədək mövcud olan rayon inzibati ərazi bölgüsünə keçildi. Hazırda Azərbaycanda 66 kənd rayonu və 13 şəhər rayonu (bunun 11-i Bakıda, 2-si isə Gəncədədir) var.
Təbii şəraitinə görə Azərbaycan 5 təbii fiziki-coğrafi vilayətdən, təsərrüfat xüsusiyyətinə görə isə 10 iqtisadi rayondan ibarətdir. Lənkəran, Naxçıvan və Aran (və ya Kür-Aran) fiziki-coğrafi vilayətləri eyni adlı iqtisadi rayonları yaradır. Böyük Qafqaz vilayəti daxilində – 4, Kiçik Qafqaz vilayəti daxilində isə – 3 iqtisadi rayon yerləşib.
1. Sahəsi böyük olan: Aran, Gəncə-Qazax;
2. Rusiya ilə həmsərhəd olan : Quba-Xaçmaz, Şəki-Zaqatala;
3. Gürcüstan ilə həmsərhəd olan : Şəki-Zaqatala, Gəncə-Qazax;
4. Ermənistan ilə həmsərhəd olan : Gəncə-Qazax, Kəlbəcər-Laçın, Naxçıvan;
5. Türkiyə ilə həmsərhəd olan : Naxçıvan;
6. Iran ilə həmsərhəd olan : Naxçıvan, Kəlbəcər-Laçın, Aran, Lənkəran-Astara;
7. Xəzər ilə həmsərhəd olan : Quba-Xaçmaz, Abşeron, Aran, Lənkəran-Astara;
8. Respublika tabeli şəhərləri olan – Aran-3 (Mingəçevir, Yevlax, Şirvan (Əli-Bayramlı), Abşeron-2 (Bakı, Sumqayıt), Gəncə-Qazax-2 (Gəncə, Naftalan), Yuxarı Qarabağ-2 (Şuşa, Xankəndi), Şəki-Zaqatala-1 (Şəki), Lənkəran-Astara-1 (Lənkəran);
9. Respublika tabeli şəhəri olmayan iqtisadi rayonlar – Dağlıq Şirvan, Quba-Xaçmaz, Kəlbəcər-Laçın;
10. Erməni təcavüzünə məruz qalmış iqtisadi rayonlar -Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax;
11. Əhalisi çox olan – Abşeron, Gəncə-Qazax, Aran;
12. Əhalisi az olan – Dağlıq Şirvan, Kəlbəcər-Laçın, Naxçıvan;
13. Şəhər əhalisi çox olan – Abşeron, Gəncə-Qazax;
14. Kənd əhalisi çox olan – Kəlbəcər-Laçın, Dağlıq Şirvan;
15. Sahəsi intensiv mənimsənilmiş rayon -Abşeron, Lənkəran-Astara, Gəncə-Qazax;
16. Sənayesi güclü inkişaf etmiş rayonlar – Abşeron, Aran, Gəncə-Qazax;
17. Neft-qaz hasil olunan iqtisadi rayonlar – Abşeron, Aran, Quba-Xaçmaz;
18. Ən çox enerji istehsal edən rayon – Aran, Abşeron, Gəncə-Qazax;
19. Polimetal filizi olan iqtisadi rayonlar – Yuxarı Qarabağ, Şəki-Zaqatala, Naxçıvan;
20. Filiz yatağı olmayan iqtisadi rayonlar – Quba-Xaçmaz, Aran, Abşeron, Lənkəran-Astara, Dağlıq Şirvan;
21. Əlvan metallurgiyası inkişaf etmiş rayonlar-Abşeron, Gəncə-Qazax, Naxçıvan;
22. Əlvan metallurgiyası gələcəkdə inkişaf edə biləcək rayonlar – Şəki-Zaqatala, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ;
23. Qara metallurgiyası inkişaf etmiş rayonlar – Abşeron, Gəncə-Qazax;
24. Balıq sənayesi inkişaf etmiş rayonlar – Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara, Aran;
25. Mineral suyu olan rayonlar– Naxçıvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın;
26. Meşə ehtiyatı bol olan – Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara;
27. Meşə ehtiyatı olmayan – Abşeron, Aran, Naxçıvan;
28. Mineral tikinti xammalı olan – Abşeron, Aran, Gəncə-Qazax;
29. Yüngül və yeyinti sənayesi bütün rayonlarda inkişaf edib;
30. Pambıqçılıq – Aran; qismən Gəncə-Qazax və Yuxarı Qarabağ
31. Tütünçülük – Şəki-Zaqatala, Naxçıvan;
32. Tərəvəzçilik – Lənkəran-Astara (faraş), Quba-Xaçmaz (gecyetişən), Aran;
33. Bostançılıq – Aran, Lənkəran-Astara;
34. Çayçılıq – Lənkəran-Astara, Şəki-Zaqatala;
35. Meyvəçilik – Quba-Xaçmaz (tumlu), Şəki-Zaqatala (qərzəkli), Naxçıvan (çəyirdəkli), Lənkəran-Astara (sitrus), Aran və Abşeron (quru subtropik);
36. Üzümçülük– Gəncə-Qazax, Dağlıq Şirvan;
37. Suvarma əkinçilik – Aran, Lənkəran-Astara, Quba-Xaçmaz;
38. Əkinçiliyə nisbətən heyvandarlığı daha güclü inkişaf etmiş Dağlıq Şirvan, Kəlbəcər-Laçın.
39. Nəqliyyat şəbəkəsi sıx olan – Abşeron, Aran.