Dünya var olduğundan bəri hər cəmiyyətdən insanlar, qorxuları, çarəsizlikləri, köhnə ənənələri gərəyi həqiqət payı olmayan qeyri-adi şeylərə inanırlar. Bu inanclar batil inanclar olaraq adlandırılır. Azərbaycanlıların da batil inancları yaşadıqları şəhərlərə, aid olduqları ənənələrə görə dəyişməkdədir.
Biz bunlardan ən çox eşitdiklərimizi topladıq. Әlavələriniz varsa, fikirlərinizi şərhlərdə paylaşmağı unutmayın 🙂
– Əgər bir nəfərin qarşısına pişik çıxarsa, xüsusilə qara pişik, dərhal dayandığı yerdə üç dəfə dönməlidir;
– İki adamın arasından keçmək şərə düşmək mənasını daşıyır;
– Gecə dırnaq kəsmək günah sayılır;
– Gecə aynaya baxsan dəli ola bilərsən;
– Gecə çölə isti su tökmək olmaz, çünki Cinlərin balalarını yandırarsan və cinlər sənə hücum edər;
– Gecə saç daramaq olmaz deyərlər, çünki mələklərdən biri gecə yemək hazırlayır və saçların o yeməyə düşə bilər;
– Əl barmaqlarını bir-birinə keçirmək günahdır;
– Qayçının ağzı açıq qalsa, o evdə uğursuzluq olar;
– Gecə tikiş tikmək məcburiyyətində qalsan, ağzında kiçik bir ip saxlamalısan;
– Eyni gün evlənənlər bir-birləri ilə 40 gün danışa bilməzlər;
– Eyni gün körpəsi olanlar da bir-birləri ilə 40 gün danışa bilməzlər;
– Toy günü gəlinin ayağının altına bir boşqab qoyular. Əgər gəlin bu boşqabı qırsa qayınanasına ağalıq edəcək mənasını gəlir;
– Yuxusunda ölü qohumunu görən insan, səhər yuxudan durduqdan sonra mütləq un halvası bişirib 7 qonşuya paylamalıdır;
– Ürəyi un halvası istəyən biri mütləq az da olsa halva hazırlamalıdır. İnanclara görə əgər etməsə o evdən ölü çıxar ya da qonşulardan biri ölər;
– Qollarını davamlı olaraq çarpaz saxlayan adamın işləri həmişə tərs gedərmiş;
– Baş ağrısı ‘göz dəymək’ mənasında qiymətləndirilir. Bu görə birinin başı birdən-birə ağrımağa başlayarsa, dərhal başından bir ovuc duz və bir az qurudulmuş üzərlik otu çevirərək ‘üzərliyim çatlasın, yaman gözlər patlasın, ağrım, bəlam tökülsün, dərd üstümdən atılsın’ deyərlər və üzərlikli duzu isti alovun üzərinə atarlar. Üzərlikli duz qarışığı nə qədər çox yüksək səslə yansa, o qədər çox göz dəyib mənasını gəlirmiş;
– Bəd nəzərdən qorunmaq üçün də qapılara qurudulmuş üzərlik otu asarlar;
– Qapıya at nalı asmaq uğur gətirirmiş;
– Evdə fit çalmaq o evə ilanların gəlməsinə səbəb olurmuş;
– Çatlaq aynaya baxmaq uğursuzluğa səbəb olurmuş;
– Arxa arxaya 2 ədəd qab, stəkan, yaxud şüşə qırılsa, üçüncüsünü özün qırmalısanmış;
– Ayaq qaşınması səfərə çıxacaqsan deməkdir;
– Sağ əl qaşınanda pul gələcək, sol əl qaşınanda pul gedəcək deməkdir;
– Sağ əli qaşınan insan əlini 3 dəfə öpərək başına qoymalıdır;
– Bağçasında bayquş olan ev sahibləri çox böyük itkilər yaşayacaqdır;
– Körpə doğulmadan əsla körpə əşyası, paltarı və körpəyə aid digər heç bir şeyi satın almaq olmaz. Əvvəldən hazırlıq etmək uğursuzluqmuş;
– Uzağa gedən birinin arxasından su atmaq lazımdır.