Maddə 151. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
151.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi qırx manat
Nəqliyyat vasitətəsinin yolların hərəkət hissəsində yerləşdirilməsi
Piyada keçidlərinin keçilməsi
Ara məsafəsi
Yedəyə alma
Yük daşıma
Sürmə təlimi keçmə qaydalarının pozulması
Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması
 Şəkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə görə
Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə
151.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi altmış manat 3 bal
3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması
Sərnişin daşıma qaydasının pozulması
Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması
Yol ayrıcını keçmə
Yol ayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, habelə adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına görəvtomobillərinin yanacaqdoldurma məntəqəsinə daxil olması
1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə
151.3. Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması səksən manat 4 bal
Qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntuların törədilməsi
Yol nəqliyyat hadisəsi yerindən yayınma
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi
151.3-1. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat 4 bal
 151.3-2. Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə  yüz manat  4 bal

 

151.4. Bu Məcəllənin 151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151-1.2-ci, 151-1.3-cü, 151-1.4-cü, 151-4-cü,  152-1.1-ci, 155.3-cü 156-cı və 158-1.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində  20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılır.

151.5. Bu Məcəllənin 151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd:

1. Bu Məcəllənin 151-1.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla, 151.2-ci, 151-1.3-cü və 151- 4-cü maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151-1.4-cü, 155.3-cü və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.

2. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir.

3. Bu Məcəllənin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir.

4. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.

5. Bu Məcəllənin 151.5 və 152-1.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xətalar 5 balla qiymətləndirilir.

6. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur.

 

Maddə 151-1. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
151-1.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat
151-1.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 20-40 km/saat həddində aşmağa görə 50 manat 2 bal
151-1.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 40-60 km/saat həddində aşmağa görə yüz əlli manat 3 bal
 151-1.4.  Yolda müəyyən edilmiş hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə  iki yüz əlli manat  4 bal 

 

Maddə 151-2. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması

151-2.1. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə
daşımağa görə
qırx
manat
151-2.2. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat
151-2.3. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat

 

Maddə 151-3. Piyada keçidində piyadaya yol verilməməsi
Piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə görə –  əlli manat miqdarında cərimə edilir.

 

Maddə 151-4. Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi
Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə – yüz manat miqdarında cərimə edilir.

 

Maddə 152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı
152.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat
152.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat
152.3 Bu Məcəllənin 152.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat
 152.4.   Bu Məcəllənin 152.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə   dörd yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 152-1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı
152-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə üç yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
152-1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunan şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3 maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

152-1.3 .Bu Məcəllənin 152-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

152-1.4 .Bu Məcəllənin 152-1.1-ci , 152-1.2-ci və ya 152-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 152-2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı
152-2.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
 152-2.2. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə  yeddi yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
  152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə  səkkiz yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

 

Maddə 152-3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı
152-3.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə

Fiziki şəxslər altmış manat

Vəzifəli şəxslər  iki yüz manat

Hüquqi şəxslər   iki min manat

152-3.2. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

Fiziki şəxslər    yüz manat

Vəzifəli şəxslər    üç yüz manat

Hüquqi şəxslər   üç min manat

152-3.3. Bu Məcəllənin 152-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə

Fiziki şəxslər   yüz səksən manat

Vəzifəli şəxslər beş yüz manat

Hüquqi şəxslər beş min manat

 

Maddə 152-4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi

 İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
152-4.1. Sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə

Fiziki şəxslər yüz manat

Vəzifəli şəxslər üç yüz manat

hüquqi şəxslər üç min manat

152-4.2. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

Fiziki şəxslər iki yüz manat

Vəzifəli şəxslər dörd yüz manat

Hüquqi şəxslər dörd min manat

152-4.3. Bu Məcəllənin 152-4.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə

Fiziki şəxslər üç yüz manat

Vəzifəli şəxslər altı yüz manat

Hüquqi şəxslər altı min manat

 

Maddə 152-5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
152-5.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə

Fiziki şəxslər iki yüz manat

Vəzifəli şəxslər  dörd yüz manat

Hüquqi şəxslər  dörd min manat

152-5.2. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

Fiziki şəxslər üç yüz manat

Vəzifəli şəxslər altı yüz manat

Hüquqi şəxslər altı min manat

152-5.3. Bu Məcəllənin 152-5.1-ci maddəsində nəzərdə tutulmuş xətaların törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi ziyan vurulmasına görə

Fiziki şəxslər dörd yüz manat

Vəzifəli şəxslər səkkiz yüz manat

Hüquqi şəxslər səkkiz min manat

 

Maddə 153. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
153.1.1. piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə;  iyirmi manat
153.1.3.  yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
153.1.4. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə
153.1-1 Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə  iyirmi manat
153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər-hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmağa görə otuz manat
153.3 Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: qırx manat
153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə;
153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
153.3.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
153.3.5. nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə;
153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;
153.3.7.  üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə
153.4 At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürənlər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: qırx manat
153.4.1 mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
153.4.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarda ötürülməsinə;
153.4.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə;
153.4.4. at arabalarını (kirşəni) idarə edərkən svetofor və ya nizamlayıcının işarələrinə, habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə;
153.4.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarının, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə
153.5. Bu Məcəllənin 153.3-cü və 153.4-cü maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr ,psixotrop maddələr və ya güclü tə’sir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə yetmiş manat
153.6. Bu Məcəllənin 153.3-153.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək

 

Maddə 154. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
154.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə, eləcə də nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə

Fiziki şəxslər əlli manat

Vəzifəli şəxslər yüz manat

Hüquqi şəxslər üç yüz manat

154.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə yüz əlli manatdan iki yüz manatadək  –
154.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsinə görə iki yüz manatdan iki yüz əlli manatadək  –

 

Qeyd:
Şəxs bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

 

Maddə 155. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
155.1. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, yəni qırx manat
155.1.1. Nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və onun hərəkəti zamanı qapıları açmağa
155.1.2. Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə
155.1.3. Dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına
155.1.4. Hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə
155.1.5. Su və ya palçığı yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən çıçradılmasına
155.1.6. Nəqliyyat vasitəsinin təkərində və banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq sürtkü materiallarının, kimyəvi maddələrinin, tikinti və digər materialların axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə
155.1.7. Hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına
155.1.8. Küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsinin dayandırılmamasına
155.1.9. Yol nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün və ya təbii fəlakət yerlərinə getmək üçün, yaxud qanunvericilik aktı ilə nəzərdə tutulmuş digər təxirə salınmaz hallarda yük daşıyan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına təqdim edilməməsinə
155.1.10. Beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən yaxud möhürləməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə
155.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni yüz əlli manat
155.2.1. Tormoz sistemi və sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istimarına
155.2.2. Normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə
155.2.3. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulmasına yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;
155.2.4. Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə

 

155.2-1

Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə beş yüz manat
 155.2-2  Bu Məcəllənin 155.2-1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə  min manat
155.3.  Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə  altmış manat  4

 

155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə – əlli manat miqdarında cərimə edilir.
155.4. Bu Məcəllənin 155.1.1-155.1-6, 155.1.8, 155.2.1-155.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə – altmış manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə mədudlaşdırılır.

155.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə – əlli manat miqdarında cərimə edilir.

155.7. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir.

 

Maddə 156. Sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırma
156.1. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin boyun qaçırmasına görə –
nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.

156.2. Qanunla müəyyən edilmiş hallarda aparılması nəzərdə tutulan sərxoşluq vəziyyətinin müayinəsindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin boyun qaçırmasına görə –
beş yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

Maddə 156-1. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi

Qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə— otuz manat miqdarında cərimə edilir.

 

Maddə 158. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
158.2. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə

Vəzifəli şəxslər altmış manat

Hüquqi şəxslər yüz əlli manat

158.3 Banı zədələnmiş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının müvafiq icra hakimyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə iki yüz əlli manat

 

Maddə 158-1. Dayanma, durma və parklanma qaydalarının pozulması

158-1.1. Dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə iyirmi manat
158-1.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat
158-1.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə altmış manat 4 bal

 

Maddə 158-2. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi
Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatı bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməməsinə görə –
hüquqi şəxs üç yüz manat miqdarında cərimə edilir.

 

Maddə 159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
159. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə

Fiziki şəxslər yüz manat

Vəzifəli şəxslər beş yüz manat

Hüquqi şəxslər beş min manat

 

Maddə 160. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
160. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə

Vəzifəli şəxslər qırx manatdan altmış manatadək

Hüquqi şəxslər yüz manatdan yüz iyirmi manatadək

 

Maddə 161. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
161.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə və yollarda təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə

Fiziki şəxslər səksən manatdan yüz manatadək

Vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək

Hüquqi şəxslər dörd min manatdan beş min manatadək

161.2. Müvafiq icazə olmadan və yol hərəkətini nizamlayan texniki vasitələrin svetoforların və yol nişanlarının quraşdırılmasına görə

Fiziki şəxslər otuz manatdan əlli manatadək

Vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək

Hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək

 

Maddə 162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
162. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə

Vəzifəli şəxslər otuz manatdan əlli manatadək

Hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək

 

Maddə 163. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
163.0. Avtomobil yollarında prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni

Fiziki şəxslər otuz manatdan əlli manatadək

Vəzifəli yüz əlli manatdan iki yüz manatadək

Hüquqi şəxslər min bez yüz manatdan iki min manatadək

163.0.1. örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı və ya metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə
163.0.2. Yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və ya qar yığınlarının yaradılmasına
163.0.3. Yolların hərəkət hissəsində yanacaq-sürtgü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsinə və ya yük vurulub boşaldılmasına
163.0.4. Yollardan qum və çınqıl çıxarılmasına
163.0.5. Xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıldılmasına
163.0.6. Mal-qaranın otarılmasına
163.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə
163.0.8. Torpaqların şümlanmasına, yaşıllığın qırılmasına
163.0.9. Kütləvi istirahət yerlərinin təşkil edilməsinə
163.0.10. Kanalizasiya, sənaye və çirkli suların axıdılmasına
163.0.11. Yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına
163.0.12. Sərnişindaşımalarının marşrutlarının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasına

 

Maddə 163-1. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması

163-1.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
163-1.2. Bu maddənin 163-1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək
hüquqi şəxslər dörd min manatdan beş min manatadək
163-1.3. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə altı yüz manatdan yeddi yüz manatadək
163-1.4. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə

fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min manatdan min iki yüz manatadək

 

vəzifəli şəxslər min səkkiz yüz manatdan iki min manatadək

 

hüquqi şəxslər beş min beş yüz manatdan altı min manatadək

 

Maddə 164. Avtomobil yollarında hərəkət təhlükəsizliyi qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
164.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına yəni

Fiziki şəxslər səksən manatdan yüz manatadək

Vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək hüquqi şəxslər üç min manatdan dörd min manatadək

hüquqi şəxslər üç min manatdan  dörd min manatadək

164.0.1. Yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya prredmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);
164.0.2. Geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə
164.0.3. Daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına
164.0.4. Yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsişməsinə
164.0.5. Təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına
164.0.6. Dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının dərinləşdirilməsinə
164.0.7. Bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə
164.0.8. Təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarətin aparılmasına
164.0.9. Yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə
164.0.10. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə görə

 

Maddə 165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi

 İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
165. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya  qadağan edilməsi müddətlərini pozmağa  və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə

Fiziki şəxslər qırx manatdan əlli manatadək

Vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək

Hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək

 

Maddə 166. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
166.1. Xüsusi kompletləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etməyə görə üç manatdan beş manatadək
166.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa, yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələrini təqdim etməməyə görə On manatdan on beş manatadək  –
166.3 Nəqliyyat  vasitələri sürücülərinin icbari qaydada tibbi müayinədən, təkrar müayinədən, həmçinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə

Vəzifəli şəxslər qırx manatdan əlli manatadək

hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək

 

Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması

İXM-nin maddələri Qayda pozuntuları İXM-nə əsasən cərimənin miqdarı Cərimə balı
253-1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə

Fiziki şəxslər əlli manat

Vəzifəli şəxslər yüz manat

Hüquqi şəxslər üç yüz manat

 

Maddə 296-1. Avtoxuliqanlıq

Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini  nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması  ilə müşayət olunan qərəzli hərəkətlərə görə –

Maddə 296-1.1.
nəqliyyat vasitələrinin idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ  bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə,  pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Maddə 296-1.2.
Eyni hərəkətlərin il əzində inzibati  tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə –
nəqliyyat vasitələrinin idarə etmək hüququ iki  il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz əlli manatdan min manatadək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə  etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

313–2.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə –
nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

Qeyd:
1. Bu Məcəllənin 313–2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

 

Maddə 406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi

406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüquq verən digər əsas olmadıqda;

406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri   olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə;

406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

406.1.4. çıxarılıb

406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda;

406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda.

406.1.7. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.

406.2. Nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir.

406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.

406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:

406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;

406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

406.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;

406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;

406.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.

406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsü) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.

406.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

406.7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.

 

Maddə 407. Nəqliyyat vasitələrinin saxlanılması

407.1. Nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.

407.1-1. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilibsə, sürücü inzibati cəriməni və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

407.2. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır.

407.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

407.3-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün ərzində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.

407.4. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir..

 

Maddə 408. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi

Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir