Təbiəti, coğrafiyası, flora və faunası müxtəlif və zəngindir, amma eyni zamanda böyük problemləri olan bir ölkədir Azərbaycan, kimi “vətəndaşı olmasaq da əslində əyləncəli ölkədir” dediyi, kiminin vətəndaşı olmaqdan peşman olduğu ölkədir… Bəli, Azəbaycanın təəssüf ki, əhəmiyyətli problemləri var ancaq bu problemləri həll etmək potensialı da… Prioritet isə problemlərə dair maariflənmək və fərqində olmaqdır. Ona görə sizinlə hamımızın həll edilməsi üçün çalışması lazım olan 12 acı gerçəyi bölüşmək istədim…

1. Gəlir Ədalətsizliyi

Azərbaycan iqtisadi baxımdan özünə yetə biləcək qədər resursa və büdcəyə sahib olmasına baxmayaraq gəlirin və resursların paylanmasında ədalətsizliyə və yozlaşmaya əksərən məruz qalmış bir ölkədir. Ölkədə yoxsulluğun dərəcəsi dövlətin məlumatına görə son beş ildə 44 faizdən 11 faizə düşüb, fəqət müstəqil tədqiqatçıların dediyinə görə isə bu rəqəm hələ də 20-30 faiz arasındadır. Bu da göstərir ki, əhalinin əksər hissəsi möhtaç vəziyyətindədir.

2. İnsan İnkişafı

Ölkələrin “Uzun və sağlam yaşam, təhsilə çatma imkanı və insana yaraşan həyat səviyyəsi” ölçülən “Human development report of UN” də Azərbaycan 76-cı pillədə dayanır.

3. İş və Əmək Təhlükəsizliyi

Azərbaycanda elə iş qəzaları yaşanır, insan həyatı elə heçə sayılır ki, bu hadisələrə qəza deyil cinayət desək daha doğru olar. Beynəlxalq iş təşkilatı Azərbaycanda iş qəzaları haqqında hərhansı bir tədqiqata sahib deyil- əslində bu təəcüblü məsələdir, çünki 1992-ci ildən Azərbaycan bu qurumun üzvüdür- fəqət, bu iş qəzalarında meydana gələn ölümləri aradan götürmür. Azərbaycanda təxminən 5 %-ə yaxın işçinin müqaviləsi və iş təhlükəsizliyi var.

4. Uşaq işçilər

Yetkinlik yaşına çatmayan insanların əməyindən zorla və qanunsuz şəkildə istifadə etmək Azərbaycanın problemlərindən biridir. 7-14 yaş arası uşaqların 91.3 faizi kənd təsərrüfatında işçi olaraq fəaliyyət göstərir. 94 % məcbur olaraq iş və məktəb arasında seçim qarşısındadır.

5. Cinsiyyət Bərabərsizliyi

“Dünya İqtisadi Forumu” nun (DEF) 2014 “Qlobal İctimai cinsiyyət bərabərsizlik uçurumu Hesabatı” na görə, Azərbaycan, 142 ölkədə iqtisadi iştirak və fürsət bərabərliyi, təhsil, səhiyyə və siyasi güclənmə sahələrində ictimai cinsiyyət bərabərliyi baxımından 137-ci pillədədir.

6. Qadın Cinayətləri və Qadına Qarşı Şiddət

Demək olar ki, hər gün qadın cinayətlərinə və qadına ünvanlanmış şiddət xəbərlərinə rast gəlirik. Rəsmi statistikaya görə, ötən ilin 10 ayı ərzində ölkədə qadınlara qarşı zorakılıq faktı ilə bağlı 14 ölüm hadisəsi baş verib. 2008-ci ildə bu rəqəm 16 olub. Qadınlara qarşı ötən ilin 10 ayı ərzində 1312 xəsarət faktı qeydə alınıb. Rəsmi statistikaya görə, 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək olan müddətdə Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi qeydə alınıb. Qadınlara qarşı baş vermiş cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə olub. Şəxsiyyət əleyhinə olan cinayətlərdən 7 min 974-ü döymə, 1865-i qəsdən sağlamlığa zərərvurma, 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi faktları olub. Qadınlara qarşı 92 zorlama, 54 işgəncə faktı qeydə alınıb. Baş verən cinayətlərin 20 faizi qısqanclıq zəmnində olub. Bu cinayətlərdən 45-i qadınların ölümü ilə nəticələnib, o cümlədən, 4 azyaşlı qız ölüb.Bu cinayətləri işləyənlərin böyük əksəriyyəti öldürülən qadınların həyat yoldaşı, köhnə həyat yoldaşı, kişi yoldaşı, qardaşı, qohumu kimi yaxınları tərəfindən işlənib.

7. Problemli Demokratiya

The Economist jurnalının ölkələrin demokratiya və liberal hüquqların mövcudluğu və işləkliyi dərəcəsi əsas alınaraq hazırladığı hesabatda Azərbaycan 148-ci pillədə yer alır. Nəzərinizə çatdırım ki, siyahıda 167 ölkə var və Ermənistan 113-cü yerdədir. Siyahıda Burkina Faso, Cibuti və Nigerya kimi ölkələr bizi qabaqlayıb.

8. Şəxsi Azadlıqlar

Azadlıq, insan üçün hava və su kimidir … Ancaq ölkəmizdə həm fərdi həm ictimai azadlıqlar barəsində ciddi problemlər yaşanır. Azərbaycan, “Sərhəd Tanımayan Jurnalistlər” (RSF) Təşkilatına görə “Mətbuat Azadlığı” indeksində 180 ölkə içində 160-cı sırada; Freedom House-un hesabatında isə mətbuatı “azad olmayan” ölkə olaraq xarakterizə edildi və 199 ölkə arasında 167-ci sırada iştirak edir. Türkiyə yenə Freedom House-un hesabatına görə ümumi mənada “siyasi azad olmayan ölkə” kateqoriyasında yer alır. Gambiya, Burkina Faso və Ermənistan yenə Azərbaycanı qabaqlayır.

9. Hüquq Sistemindəki Problemlər

Sonu olmayan iddialar, haqqsız həbslər, uzun həbs müddətləri, toplaşmaq azadlığından istifadə edən gənclərin həbs olunması və ən əhəmiyyətlisi reallaşmayan “ədalət” … Hamımız bilirik ki, Azərbaycan, ciddi hüquqsuzluq və hüquq problemləri ilə boğuşur. Bu vəziyyət beynəlxalq indeksdə əks olunmur. “Dünya Ədalət Layihəsi (The World Justice Project) ‘in 2014’ Qlobal Hüququn Üstünlüyü indeksi ‘ümumi sıralamasında Azərbaycan, ümumiyyətlə heç bir kateqoriyada yer almır. Bu da yəqinki “şəffaflığın” göstəricisidir.

10. Cəmiyyət arasında sülh və təhlükəsizlik əskikliyi

Avstraliya mərkəzli vətəndaş cəmiyyət quruluşu “İqtisadiyyat və Sülh İnstitutu” (The Institute for Economics and Peace / IEP), 162 ölkəni əhatə edən və silahlı qarşıdurmaların yanında mətbuat azadlığı, hərbi xərclər, cinayət nisbəti kimi meyarları də əhatə edən “Qlobal Sülh İndeksi” nə görə Türkiyə 162 ölkə arasında ancaq 123-cü yerdə iştirak edir.

11. Cəmiyyətin Laqeydliyi

Azərbaycan, 2014-cü ildə Charities Aid Foundation tərəfindən hazırlanan “Dünya Yardım” indeksində 146 ölkə arasında 100 və 108-ci oldu. Bir çox ictimai və iqtisadi istiqamət olsa da cəmiyyət olaraq başqalarına maddi və mənəvi olaraq kömək etmirik. Könüllülük fəaliyyətlərində iştirak etmirik. İctimai problemlər mövzusunda laqeyd qalırıq.

12. Və Son olaraq Dövlət qurumlarının çatışmazlığı

Ölkə olaraq elə bir sistemdə yaşayırıq ki, bu sistemi formalaşdırarkən xalq və əsas olaraq İnsan nəzərdən kənarda saxlanılıb. Qurumlar xidmət etməli olduqları xalq qarşısında məsuliyyət hiss etmir və üstəlik zülm etmək üçün əlindən gələn bütün resursları istifadə edir. Və bunu da qorxmadan, çəkinmədən insanın üzünə baxa-baxa riyakarcasına edir. Vətəndaşdan aldığı vergiylə doldurduğu və yenə vətəndaşa məxsus olan büdcəni istədiyi kimi xərcləyir və xalq və qanunlar qarşısında heç bir məsuliyyət hiss etmir. İnsanları sirkdəki heyvanlar kimi idarə edən, ölkənin şəhərlərini xüsusi yol çəkərək, yolun kənarına bəndlər, qəfəslər düzəldərək açıq heyvanxanaya çevirən qurumlar və vəzifəli şəxslər artıq həm qamçısını həm də səhnəni itirməyə başlayıblar. Bunun davamının gəlməsi üçün və sirkin dağılması üçün bunun tamaşa olduğunun fərqinə varmalı və şüurlu şəkildə qarşı durmalıyıq.

  

Bizim bir problemimiz var Unutmaq. Cəmiyyətimizdə baş verən vacib hadisələri bizə toxunmadan hesaba qatmırıq. Bunun çox uzaqda olduğunu və şəxsimizə heç vaxt gəlməyəcəyinə, təsir etməyəcəyini düşünür və buna inanırıq. Amma görürük ki, buna göz yumduqca zərərçəkmiş sayı gedərək artır. Ona görə ətrafımızda baş verən hadisələrə laqeyd yanaşmasaq, bir-birimizin fərqinə varsaq qəzaların böyümədən və mürəkkəbləşmədən qarşısını ala bilərik.

Bir-birimizə nəzakətlə yanaşsaq, nifrət əvəzinə sevgi ilə münasibət qursaq bu bağları heç bir qoşun, silah və ordu dağıda bilməz.

 

Mənbələr

http://www.dol.gov/ilab/reports/child-labor/azerbaijan.htm

http://www.ilo.org/dyn/clsurvey/lfsurvey.list?p_lang=en&p_country=AZ

http://www3.weforum.org/docs/GGGR14/GGGR_CompleteReport_2014.pdf

http://www.sudestada.com.uy/Content/Articles/421a313a-d58f-462e-9b24-2504a37f6b56/Democracy-index-2014.pdf

https://freedomhouse.org/report-types/freedom-world#.VWC5C0-qqkp

https://rsf.org/index2014/tr-index2014.php

http://www.visionofhumanity.org/sites/default/files/2014%20Global%20Peace%20Index%20REPORT.pdf

http://www.cafamerica.org/wp-content/uploads/WorldGivingIndex2012WEB.pdf