Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi güləşin 2020-ci ildən yay olimpiya oyunlarının proqramından çıxarılmasını təklif edib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Lakin konkret güləşin hansı növünün (yunan-Roma və ya sərbəst) olimpiadadan çıxarılması haqqında dəqiq xəbər verilməyib. Bu məsələylə bağlı yekun qərar MOK İcraiyyə Komitəsinin 2013-cü ilin mayında keçiriləcək iclasında qəbul ediləcək.
Xatırladaq ki, olimpiada oyunlarında Azərbaycana ən çox medal güləşdə qazanılıb.