Gilan Hospitality Group, Qafqaz Hotels & Resorts, H.Əliyev adına Qəbələ Konqres Mərkəzi və Mondo şirkətinin təşkilati sponsorluğu ilə 20 aprel 2019-cu il tarixində Qəbələ şəhərində ilk dəfə olaraq Regional Azərbaycan Turizm Forumu keçirilir. Tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələləri müzakirə etməkdir.
Tədbir zamanı Turizm Labaratoriyasının (Tourism Lab.) nəzdində həyata keçirilən və keçiriləcək layihələr barədə məlumat verən “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova bildirdi ki, “Artıq 4-cü ilinə qədəm qoyan Azərbaycan Turizm Forumu ilk layihələrimizdən biridir. Hər il Bakıda baş tutan Forum ilk dəfə olaraq Qəbələdə keçirilir. Turizmə maraq göstərən, təhsil alan tələbələri də nəzərə alıb, keçən ildən başlayaraq tələbələr üçün “Tourism Students Meetup” layihəsi həyata keçiririk. Bu layihəmizin də davamlı olacağına və ölkə turizminə töhvə verəcəyinə inanıram. Bu ildən isə yeni bir layihənin hazırlıqlarına başlamışıq. İnanıram ki, digər layihələrimiz kimi bu da ölkə turizminin tarixində iz qoyacaqdır.”
Həvva Səfərovanın açılış nitqindən sonra spikerlərin çıxışları və auditoriyanın sualları ilə forum davam edir.
“Azərbaycan Turizm Forumu”nun Qəbələ görüşünün çıxışçıları:
Seymur Hacıyev “Gilan Hospitality Group” – Group Procurement Director
Şəbnəm Süleymanova “Qafqaz Tufandag Hotel Gabala” İdarəedici Direktoru
Göydəniz Qəhrəmanov Spektr Travel şirkətinin rəhbəri
Orkhan Isayev HRS – Hospitality & Retail Systems şirkətinin Reqional Direktoru
Niyazi Qasımov Qasımsoy agentliyinin direktoru
Daniel Burkhard Chenot Palace otelinin Baş Meneceri
David Khripunov David Digital Sharks şirkətinin təsisçisi
Azer Mammadzade Winter Park Otelin Satış və Marketinq departamentinin direktoru
Rivka Khripunova Rivka distant İngilis kurslarının təsisçisi