“Hər şeyin balası gözəldir.” Bu cümləni daha əvvəl eşitmisiniz. Sadə olduğu qədər, çox gerçək bir cümlədir. Çünki heyvan dostlarımızın balalarının, körpələrdən heç bir fərqi yoxdur. Onlar da bir körpə qədər gözəl və müdafiəsizdir. Təəssüf ki bədbəxtçiliklər də yalnız insana xas deyil. Çünki həyata bir sıfır məğlub başlayan yalnız biz insanlar olmuruq. İndi sizə bəhs edəcəyimiz hekayə də tam olaraq bu cürdür. Həyata bir az çətinliklə başlamış bir bala kenqurunun həyatda qalma hekayəsi…


Bu kiçik kenqurunun adı Doodleug’dur. Avstraliyalı vəzifəlilər onu tapdığı zaman yalnız və ölmək üzrə idi…



Vəzifəlilər, onun anasının kisəsindən düşmüş olduğunu və buna görə anasından ayrı qaldığını söyləyir.



Amma o, baxıcıların qayğısı və sevgisiylə qısa zamanda sağalmışdır…



Sonra baxıcılar, Doodleug’a yoldaş olması üçün bir oyuncaq ayı vermişlər. Və zamanla, ayı bu kiçik kenqurunun ən yaxşı dostu olmuşdur. Hara getsə, onu da yanında aparırmış; eynilə balaca bir uşaq kimi. 🙂



Doodleug’un baxıcısı Tim Beshara’nın, anasının çəkdiyi bu fotoşəkili Twitter’da paylaşmasından sonra da hər kəs bu şirin kenqurudan xəbərdar olmuşdur.



Onun sevimliliyi insanı bir tərəfdən gülümsədərkən, digər tərəfdən kədərləndirir. Doodlebug, tamamilə böyüdükdən sonra yenidən təbiətə geri qaytarılacaqdır… Onsuz da o, kiçik müdafiəsiz bir balaykən də tək başına qalmışdı. Sən həmişə xoşbəxt ol, Doodleug. <3