İlk Ayaqqabını Yaranma Tarixi
İlk ayaqqabı olan sandal isti ölkələrdə icad olunmuşdur. Şərqdə ayaqlarını isti qumdan qorumaq üçün ilk dəfə hündürdaban ayaqqabıdan istifadə edilib. Keçmişdə ayaqqabıların iki cütüdə eyni tikilirdi. İlk sağ sol cütü ayrı olan ayaqqabı 1840-cı ildə ABŞ-nın kraliçası Viktoriya üçün tikilmişdir. 1850-ci ilədək ayaqqabı əldə tiklilirdi məhz bu ildə Jan Ernest Matzeliger ayaqqabı tikiş maşınını icad etdi.
İndiki zamanda heç kim ayaqqabısız ozün təsəvvür etmir, çünki ayaqqabı ayaqlarımızı tək yerdən kəsmək üçün deyil həm də geyimimizə yaraşıq verən, üzərimizdəki aksesuarlara uyğunlaşdırılan əsas geyim növüdür. Onun yaranma tarixi çox qədim zamanlara dayanır. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi. İlk ayaqqabı sayılan bu sandal həsirdən toxunmuş və qızılla bəzədilmişdir. Bu sandal Qahirədəki Qahirə Muzeyində sərgidədir və o, firon Tutankamunun xəzinələri arasında yer alır.
“Krasovka”nın Yaranma Tarixi
1880-ci illərdə London polisi ilk rezin altlıqlı ayaqqabı hazırladı. Belə ayaqqabılarda cinayətkarları qovub tutmaq xeyli asan idi. İlk idman brendlərinin yaranmasında isə idmançıların tələbatı rol oynamışdır. Zaman keçdikcə idman assortimenti o qədər genişləndi ki, krosovkaları idmandan kənar yerlərdə də geyməyə başladılar. İlk dəfə krosovkaları “PRADA” italyan evi öz nümayişlərinə (1992-ci il) daxil etmişdir. Onun ardınca “FENDİ” dəb evi qadınlara kedin formasını təkrar edən tufli təklif etdi.
Yaponiyanın avanqard dizayneri Yojdi Yamamoto ilə “ADİDAS”ın dueti xüsusilə yaddaqalan oldu. Onlar xrizantemalarla bəzənmiş ipəkdən krosovkalar, krosovka-çəkmələr, zamşadan kimonodakı kimi ipək şnurları olan hündür boksyor butsları yaratdılar.
Ötən əsrin 70-ci illərinin əvvəllərində “Converse” firmasının rahat parusin (qalın kətan parça) tufliləri bütün Amerikada populyarlıq qazandı. Yeri gəlmişkən, “Converse” firmasının ked və krosovkaları qaçışla məşğul olanların sevimli ayaqqabılarıdır. Əfsanəvi baksetbolçu Çak Teylor da onların sadiq pərəstişkarı idi.
Ən iri istehsalçılardan biri olan “REEBOK” ilk dəfə tikanlı model buraxmışdır. Başqa iri şirkət olan “NİKE”a dünya idman paltarı və ayaqqabısı bazarının 35 faizi məxsusdur.