Avropanın ən qədim meşəsində olmaq istəyərdiniz?

335

“Bəli” deyənlər üçüb bu yazıda kiçik virtual tur təşkil etdik.

Eramızdan əvvəl 8000-ci il. O vaxtı hələ adlandırılmamış bir meşə zolağı bütün Avropanı başdan – başa örtürdü. Nə xoş təsadüf ki, o meşə indi də var. Düzdür, sahəsi bir xeyli azalıb, ancaq əsas odur ki, mövcuddur.

Söhbət Belarus Respublikası ilə Polşa arasında yerləşən “Bialowieza” meşəsindən gedir. Bu ərazi hər iki ölkənin ortaq irsi olaraq 1979-cu ildə “UNESCO”nun dünya mirası siyahısına daxil edilir.

Sahəsi 141,885 hektar olan Bialowieza 900 bitki növü ilə Avropanın ən zəngin yaşıllıq zolaqlarından biridir. 1929-cu ildə meşənin içərisində salınan heyvan parkı buranı canlılar üçün daha əlverişli şəraitə gətirir. Çox şey danışmaq olar, amma necə deyərlər, 100 dəfə eşitməkdənsə 1 dəfə görmək yaxşıdır.

Qarşılayın: Tarixi Bialowieza!