Bu il 12-cisi təşkil edilən Avropa Futbol Çempionatı, bütün həyəcanıyla davam edir. Bu xüsusi çempionat üçün 1972-ci ildən bu yana, Adidas tərəfindən bir-birindən mükəmməl dizaynlara sahib fərqli toplar hazırlanmışdır. Biz də keçmişdən bu günə, bu xüsusi dizaynlara nəzər salmaq istədik.


Euro 1972: Telstar Mexico

Zamanın ən yumru futbol toplu olma xüsusiyyətini daşıyan Adidas Telstar, tamamilə dəridən hazırlanmışdı. Üzərində, digər toplardan fərqli olaraq 32 ədəd əl tikiş paneli vardı. Ayrıca Telstar, qara beşkünclərlə bəzənmiş ilk ağ topdur. Adidas’ın bu günə qədər dizaynını etdiyi bütün topların dizaynı da əslində Telstar’a dayanır.


Euro 1976: Telstar

Adidas Telstar, topun suya dayanılıqlılığını artırmaq üçün, Durlast materialının bir irəli versiyası ilə hazırlanmışdır.


Euro 1980: Tango River Plate

Bu topda da suya qarşı daha dayanıqlı olması üçün təkminləşdirilmiş Durlast materialı istifadə edilmişdi. Adidas Tango’nun dizaynı ilə, futbol topu dizaynı sanki bir inqilab yaşadı və bu dizayn 2000-ci ilə qədər istifadə edildi.


Euro 1984: Tango Mundial

Adidas Tango Mundial, topun sürətini artırmaq üçün xüsusi bir üz qabığı sisteminə sahib və dəri olmayan ilk topdur.


Euro 1988: Tango Europa

Klassik Tango dizayna sahib bu topa, sudan qorumaq üçün gücləndirilmiş poliuretan vəsait və tikiş izolyasiyası əlavə olunmuşdur.


Euro 1992: Etrusco Unico

Adidas Etrusco, qara poliuretan köpüklü bir daxili təbəqəyə sahib ilk futbol topuydu. Bu dizayn sayəsində tamamilə su keçirməz və sürətli bir hal almışdı. Etrusco Unico, Etrüsk tarixindən ilham alan, aslan başlarını ehtiva edən xüsusi bir dizayn fikri ilə yaradılmışdı.


Euro 1996: Questra Europa

İlk rəngli dizayn tətbiqi Adidas Questra’da istifadə edilmişdi. Dizaynında, İngilis gülündən və İngiltərə Futbol Federasiyasının simvolu olan üç aslandan ilham alınmışdır. Bu topa, zəmin tutuşunu və sürətini artırmaq üçün yeni bir poliuretan köpük əlavə olunmuşdu; bu sayədə top daha yumşaq və daha idarə edilə bilər bir hala gəlmişdi.


Euro 2000: Terrestra Silverstream

Adidas Terrastra’ya, topun sürətini artırmaq üçün, yeni bir köpük gövdə əlavə olunmuşdu və bu topun dizaynda da Niderland və Belçikadakı çaylar və dənizdən ilham alınmışdır.


Euro 2004: Roteiro

Adidas Roteiro, tarixdəki ilk əllə tikilməyən top idi. Yeni ‘thermal-bonded’ texnologiyası ilə top daha dayanıqlı hala gətirildi və bu sayədə zəmin tutması artırıldı. Bu top adını; böyük Portuqaliyalı səyyah Vasco da Qamanın gəmisinin seyr dəftərindən, ana rənglərini isə; Portuqaliyanı bir tədqiqatçılar ölkəsi olaraq önə çıxaran açıq mavi / gümüş rənglərdən almışdı.


Euro 2008: Europass

Bu topun dizaynı Adidas Telstar’un müasir bir versiyası idi. Səthində, oyunçuların və qapıçıların top üzərindəki hakimiyyətini artırmaq üçün xüsusi bir toxuma ilə yeni panel sistemi təkminləşdirilmişdi.


Euro 2012: Tango 12

Avropa çempionatı üçün Adidas tərəfindən yaradılan 11-ci top olan Tango 12, dizaynıyla böyük bəyənmə toplanmışdı. Bundan əlavə Tango 12, 7 milyon ədəd ilə bütün zamanların ən çox satılan UEFA EURO Çempionatı topu ünvanına da sahibdir.


BONUS: Euro 2016: Beau Jeu

Beau Jeu, gözəl oyun mənasını verir və Fransa bayrağındakı mavi, ağ, qırmızı rəngləri gümüş işıltılar ilə bir arada tutur. Bu topda da, FIFA Dünya Kuboku rəsmi futbol topu Brazuca’nın yenilikçi və pano görünüşündən xırdalıqlar var. Quruluşunda da əhəmiyyətli irəliləyişlər mövcuddur.

Görək Euro 2020də bizləri necə bir top dizaynı gözləyir… 🙂