Günü-gündən cəmiyyətin aviasiya xidmətlərindən istifadə zərurəti artır.Sual burasındadır ki, biz bu qədər zəruri sahə haqqında nə bilirik? Hansı xırdalıqlar bizi təəccübləndirə bilər? Bu sualların cavabın tapmaq üçün Baltic Aviation Academy aviasiya haqqında maraqlı 10 faktı nəzərimizə çatdırır. Ümüd edirik ki, sizin də xoşunuza gələcək.
1.Pilotlar fərqli yeməklərlə qidalanır.Ekipaj üzvlərinin hamısının birdən zahərlənməsi riskini azaltmaq üçün 1-ci pilot biznes klass yeməkləri ilə qidalanır, 2-ci pilota isə digər yeməklər verilir.
2.Boeing-747 6mln-dan çox detaldan ibarətdir.Boeing-747 ən məşhur sərnişin və yük daşıma təyyarəsidir.Onu tez-tez “Səma kraliçası” və ya “Cambo Cet” (Jumbo Jet) adlandırırlar.Təyyarənin 6 mln-dan çox ehtiyyat hissəsi pilot komandasının nəzarəti altında olur və bu hissələr knopkalar vasitəsi ilə idarə olunur.
3.İnsanların 80%-i uçuşdan qorxur.Akrofobiya yüksəklik qorxusudur.Aerofobiya isə məhz təyyarələrə qarşı olan qorxudur və bunu yüksəklikdən olan qorxu ilə (akrofobiya) qarışdırmaq düzgün deyil.Çünki akrofobiyadan əziyyət çəkən insanlar hətta 1 metrlik yüksəklikdə də qorxu keçirdə bilər.
4.Boeing-747-nin hər bir mühərriki 4000 kq ağırlığındadır.4000 kq ağırlığında olan hər bir mühərrikin qiyməti isə 8 mln. dollar dəyərindədir.
5.Dünyada ən sıx və yüklənmiş hava limanı.Beynəlxalq Hardsfil-Cekson Atlanta hava limanı sərnişin daşımalarında ən çox yüklənmiş hava limanıdır (1998-ci ildən bu günə qədər hər gün 260 min sərnişin).2012-ci ildə bu hava limanı təxminən 95 mln. sərnişin qəbul edib.
6.Boeing-747 təyyarəsinin sürəti.Dünyada ən çox tanınan təyyarənin sürəti də özü kimi heyrətləndirir : 955 km/saat.
7.Dünya əhalisinin cəmi 5%-i hava nəqliyyatından istifadə edib.Avia-sferanın sürətli inkişafına baxmayaraq zəif inkişaf etmiş ölkələrin əhalisi bu xidmətdən məlum səbəblərə görəistifadə edə bilmir.
8.Təyyarənin köhnəliyi vaxtla yox, onun həyata keçirdiyi hermetizasiya tsiklləri ilə ölçülür.Adətən 20 yaşlı təyyarənin hesabında 51 min uçuş saatı və 75 min hermetizasiya tsikli var.Əgər təyyarə uzunmüddətli uçuşlar həyata keçirisə, o zaman o, hermetizasiya tsikllərinə daha az məruz qalır.Təbii ki, helə təyyarələr öz kompaniyalarına 20 ildən çox xidmət göstərir.
9.Dünyada ən çox uçuş həyata keçirən insan.United Airliness Tom Stakeri “ daimi müştəri” adlandırır.Beləki o, 2012-ci ildə 1 mln. mil məsafəni təyyarədə uçuş zamanı olub.Uçuşların hamısı United Airliness kompaniyasının təyyarələrində, 1-ci klassda həyata keçib.Tom Staner 59 yaşlı satış üzrə təmsilçidir və onun öz sözlərinə istinadən uçuşların çoxu işgüzar uçuş olub.
10.Dünyada ən sürətli təyyarə. Lockheed SR-71 Blackbird- pilotla idarə olunan ən sürətli reaktiv təyyarə hesab olunur.Onun sürəti 3530 km/saat-a qədər arta bilir.Bu rekord ilk dəfə pilot U.Coerz və T.Morqan tərəfindən təyin olunub