Sevginin, ölümün belə öhdəsindən gələ bilməcəyini və bir yerdə olmağın yalnız iki bədənin yan-yana olması mənasını vermədiyini sübut edən, zaman və məkan tanımayan bir həyat hekayəsidir bu… Həyata dair bilinməsi lazım olan hər şey, bütün insanlığa verilən bir dərsdir və bu yazı, bütün bunlardan daha çoxudur…
Ölüm, hər zaman gözlənilməz bir anda gəlir… Heç bir zaman bunun üçün hazır deyilik və heç bir zaman bu dünyadakı işlərimiz bitməmişdir. Çox xəstə olan və həkimlərin öləcəyini söylədiyi xəstələr belə bir şəkildə sağalacaqlarını, bir möcüzənin baş verəcəyini ümid edirlər. Yaşamaq ən böyük arzumuzdur! Bu vəziyyət, Medium.com’da gördüyüm yazının sahibinin atası üçün də fərqli deyildi. Öldüyündə 27 yaşında idi. O zamanlar səkkiz yaşında olan və bir cənazənin nə anlama gəldiyini belə anlaya bilməyən gözəl ürəkli uşaq baxın atası üçün nələr yazıb:
Atam həm kobud, həm də əyləncəli bir insan idi.
Zarafatcıl idi, lakin etdiyi zarafatlarla məni qırmamağa diqqət edərdi. Hər gecə yatağa gedərkən alnımdan öpərdi və indi mən də bunu uşaqlarıma edirəm. Eyni zamanda onunla eyni futbol komandasını dəstəkləmək üçün mənə təzyiqlər edərdi. Bir şeyləri ifadə etmək mövzusunda anamdan daha yaxşı idi. Yəni qısacası darıxılacaq və ideallaşdırılacaq bir ata modeli idi.
Mənə öləcəyini heç bir zaman söyləmədi.
Hətta xəstəxanada yatarkən və aparata bağlıykən belə bir şey demədi. Daima gələcəyə dair planlarından bəhs etdi, lakin gələcək ay böyük ehtimalla yaşamayacağını belə bilirdi. Gələn il balıq tutmağa gedəcəkdik, səyahət edəcəkdik və daha əvvəl heç getmədiyimiz yerlərə gedəcəkdik. Bu, ikimizin də ortaq xəyalları idi. Yalnız o, məndən fərqli olaraq, etdiyi planların ona şans gətirəcəyinə inanırdı. Batil inancları olan bir adam idi və gələcəyə dair ümid bəsləmənin onu daha uzun müddət yaşadacağını düşünürdü.
Sonra bir gün anam məni məktəbdən götürdü və xəstəxanaya apardı.
Həkim bütün duyarsızlığı ilə bizə xəbəri verdi, anam ağlamağa başladı. Yaşım çox kiçik olduğu üçün məna verə bilmədim. Mənim o zamanlar bildiyim qədəriylə insan xəstələnər, həkimə gedər və həkim da onu sağaldardı. Bu ölüm də haradan çıxmışdı? Atamı bunun üçün günahlandırdım və özümü tərk edilmiş hiss etdim.
Bir tibb bacısı, qolunun altında tutduğu bir ayaqqabı qutusuyla birlikdə yanıma gəldi və məni sakitləşdirməyə çalışdı.
Qutunun içindən çoxlu açılmamış zərf çıxdı. İlk başda nələr olduğunu anlaya bilmədim. Sonra tibb bacısı, qutudan kənarda olan məktubu mənə uzatdı.
“Atan, bu məktubu sənə verməyimi xahiş etdi. Bütün həftəsini bunu yazmağa çalışaraq keçirmişdi və bunu oxumanı istədi. Güclü ol.”
Mən də üstündə “Mən gedəndə” yazan məktubu açdım və oxumağa başladım.
Əgər bunu oxuyursansa, deməli mən ölmüşəm. Üzr istəyirəm. Öləcəyimi bilirdim. Sənə bunu söyləmək istəmədim, çünki ağladığını görmək istəmirdim və görünən odur ki, bunu bacardım. Hesab edirəm ki, ölmək üzrə olan bir adamın bir az eqoistcə davranmaq kimi bir haqqı vardır.
Sən hələ həyat haqqında heç bir şey bilmirsən. Buna görə mən də sənə, qutunun içində gördüyün məktubları yazmağı seçdim. Amma əvvəl bir razılaşma etməliyik. Doğru zaman gəlmədən, məktubları oxumayacaqsan.
Seni sevirəm. Anana yaxşı bax. Evin kişisi artıq sənsən…
Sevgilərlə, Atan…
Qeyd: Anana məktub yazmamışam, çünki ona da avtomobilimi verdim.
Məktubu oxuduqdan sonra ağlamamı dayandırdım və gülümsəməyə başladım.
Və o andan etibarən o qutu, həyatımdakı ən əhəmiyyətli bir şey halını aldı. Anama, qutuya əsla toxunmamasını söylədim. Hər məktubun üzərində, açılmaları lazım olan zamanlar qeyd edilmişdi. O anların gəlməsini gözləmək çox çətin idi.
7 il sonra yeni bir evə köçmüşdük və qutunu hara qoyduğumu belə xatırlamırdım. Aradan keçən illərdə anamın bir neçə sevgilisi olmuşdu. Bunu heç bir zaman dərd etməmişdim, lakin ən son sevgilisi çox dəyərsiz biri idi. Anamın onunla birlikdə olaraq, özünü dəyərdən saldığını düşünürdüm. O adam anama heç hörmət etmirdi. Anam, barda tanış olduğu bir adamdan daha çoxuna layiq idi.
Bu son cümləni anama söylədim və heç unutmadığım bir sillə yedim.
Şübhəsiz ki, buna layiq idim. Bunun fərqinə illər sonra vardım. Sillənin ağrısıyla üzüm yanarkən qutu təkrar ağlıma gəldi, çünki məktublardan birinin üzərində, “Ananla ən pis müsahibəni etdiyin zaman” yazdığını xatırladım və otağıma qaçıb qutunu axtardım. Məktublara baxdıqda, zamanında açmağı unutduğum, “İlk dəfə öpüşəndə” adlı məktubu tapdım və bunun üçün özümə nifrət etdim. İlk olaraq bu məktubu oxudum və sonra əsas axtardığım məktubu tapdım və oxumağa başladım.
Ondan üzr istə!
Niyə mübahisə etdiyinizi, ya da kimin haqlı olduğunu bilmirəm, amma ananı tanıyıram. Ondan təvazökar şəkildə üzr istəmək ən yaxşısı olacaq. Məsələn dizlərinin üzərinə çöküb üzr istəmək kimi bir şey… O, sənin anandır, oğlum. Səni dünyadakı hər şeydən daha çox sevir. Sənin üçün daha yaxşı olacağını düşündüyü üçün normal doğumu seçmişdi. Sən heç doğum edən bir qadın görmüsənmi? Əgər görmüş olsaydın, sevginin nə demək olduğunu çox yaxşı anlardın.
Üzr istə. Səni bağışlayacaq.
Sevgilərlə, Atan.
Atam o qədər də yaxşı bir yazar deyildi, lakin sözləri mənim üzərimdə çox böyük bir təsir yaradırdı.
Qaçaraq anamın otağına getdim və qapını açdım. O anda o da ağlayırdı, mən də. Mənə qışqırdı, tam olaraq nə dediyini xatırlamıram amma “Nə istəyirsən!” kimi bir şey söylədi. Әlimdə atamın məktubu, ona tərəf getdim və ona sarıldım. Uzun müddət səssizcə o şəkildə dayandıq. Daha sonra da atamın məktubunu birlikdə oxuyub güldük. O anda onun da yanımızda olduğunu hiss etdim …
Atam, həyatım boyunca mənim yanımda idi.
Fiziki olaraq birlikdə olmasaq da hər zaman mənəvi olaraq birlikdə idik. Onun yazdıqları, mənə həyatımdakı hər cür çətinliyin öhdəsindən gəlməyim üçün güc verdi. Hadisələr darıxdırıcı bir hal aldığında üzümə bir gülümsəmə qondururdu və hirsimə qalib gəlməyimi təmin edirdi. “Evləndiyində” və “Ata olduğunda” adlı məktublar məni ən çox duygulandıranlar olmuşdu.
İndi gerçək sevginin nə olduğunu dadacaqsan, oğlum…
Yoldaşını çox sevirsən, lakin gerçək sevgini, o kiçik şeyi qucağına götürdüyündə həqiqətən anlayacaqsan. Oğlan və yaxud qız olduğunu bilmirəm, nəticədə mən bir cəsədəm, falçı deyiləm.. Әylən. Ata olmaq möcüzə bir şeydir. Zaman su kimi axır, buna görə hər zaman onun yanında olmağa çalış. Heç bir anı qaçırma, çünki o anlar əsla geri qayıtmayacaq. Paltarlarını dəyişdir, onu çimizdir… Məncə sən, möhtəşəm bir ata olacaq gücə sahibsən…
Həyatımda oxuduğum ən acı verici məktub, atamın yazdığı ən qısa məktub.
Onun bu üç sözü yazarkən, ən az mənim oxuyarkən çəkdiyim acı qədər acı çəkdiyini təxmin edirəm. Bir az zaman aldı, lakin ən sonunda “Anan öldüyündə” adlı məktubu açmaq məcburiyyətində qaldım.
O, artıq mənimdir…
Bu məktub, atamın məni güldürməyən tək məktubu idi.
Atamla bağladığımız müqaviləni tək bir məktub xaricində heç pozmadım.
Onun adı da “Cinsi azlıq olduğunun fərqinə vardığında” idi. Bunun heç bir zaman olmayacağını düşündüyüm üçün oxumağa qərar verdim. Bu məktub, ən gülməli məktublardan bir idi.
Nə deyə bilərəm ki? Öldüyüm üçün xoşbəxtəm. Zarafat bir yana, ölüm döşəyində olduğum zamanlar, əslində çox da əhəmiyyəti olmayan şeylərin gərəyindən çox əhəmiyyətli olduğunun fərqinə varıram. Cinsi azlıq olmanın bir şeyi dəyişdirəcəyini həqiqətən düşünürsənmi, oğlum? Axmaq olma, xoşbəxt ol.
Həyatım boyunca həmişə bir sonrakı anı, onun mənə verəcəyi bir sonrakı dərsi gözlədim. 27 yaşındakı gənc bir adamın, 85 yaşındakı mənə dərs verməsi çox maraqlı bir şeydir.
İndi mən bir xəstəxana otağında, burnuma və boğazıma girən xortumlarla birlikdə xərçənglə mübarizə apararkən, oxumadığım tək məktubu əlimə alıram. Üzərindəki yarı silinmiş yazıda “sıran gəldiyində” yazır. Açmaq istəmirəm, qorxuram. Zamanımın az qaldığını düşünmək istəmirəm. Dərin bir nəfəs aldım və məktubu açdım.
Salam oğlum. Ümid edirəm ki, artıq yaşlı bir adamsan.
Bilirsənmi bu məktub yazdığım ilk məktub idi və yazması da olduqca asan idi. Bu məktub məni, səni itirəcək olmanın acısından xilas edən məktubdur. Məncə düşüncələr sona yaxınlaşdıqca daha dəqiq və aydın olur. Burada keçən son günlərimdə yaşadığım həyatı düşündüm. Qısa lakin olduqca xoşbəxt bir həyat idi. Sənin atan, ananın da həyat yoldaşı idim. Daha nə istəyə bilərdim ki?
Sənə tövsiyəm: Qorxacaq heç bir şey yoxdur…
Qeyd: Sənin üçün darıxmışam….